Şoyqu: "Rusiya Tacikistan, Qırğızıstan və Qazaxıstan ordularının silahlarının modernləşdirilməsini ehtiva edən proqramı davam etdirəcək”

Şoyqu:
 

Paralel.az xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu deyib ki, Əfqanıstanda baş verənlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində gördüyümüz hər şeyin doğru olduğunu nümayiş etdirdi.

“Rusiya ABŞ-la müttəfiqlərinin çəkilməsi ilə Talibanın Əfqanıstanda irəliləməyə başlamasından sonra KTMT-dəki tərəfdaşları – Tacikistan və Özbəkistanla birgə Əfqanıstan sərhədində təlimlər keçirdi. Rusiya Əfqanıstanda baş verən proseslərə görə KTMT-dəki müttəfiqlərlə daim təmasdadır. Ümumilikdə ittifaq daxilində əməkdaşlıq daha da gücləndirilməlidir. Çünki, Əfqanıstandakı yaraqlılar KTMT-yə üzv ölkələrin ərazisinə sıza bilər. Əlbəttə ki, bunların baş verməsinə heç vaxt icazə verməməliyik. Buna görə Rusiya Tacikistan, Qırğızıstan və Qazaxıstan ordularının silahlarının modernləşdirilməsini ehtiva edən proqramı davam etdirəcək”.

Şahnaz Salehqızı

0.018193006515503