Qoşunlar Kabil aeroportunu tərk edirlər
Amerika telekanallarında yayılan məlumata görə, Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib ki, ABŞ öz hərbi kontingentini Kabil aeroportundan çıxarmağa başlayıb.
Məlumatda qeyd edilib ki, paytaxt aeroportunda 4 mindən az ABŞ hərbçisi qalıb. Təxliyə əməliyyatının qızğın vaxtında isə onları sayı 6 min nəfər idi.
Şahnaz Salehqızı