Keçmiş məhkumun “Azərişıq” ASC-də yüksək vəzifə tutmasına səbəb nədir?..
20.08.2021-ci il tarixində saytımızda mətbuatın ictimai maraqların carçısı olmasına dayanaraq Azərişıq ASC-nin nüfuzuna xələl gətirən, missiyasına zidd olan, rəhbərliyinin reputasiyasına uyğun gəlməyən bir sıra kadrlarından və onların keçmişindən bəhs etmişdik.
Yazmışdıq ki, “Azərişıq” ASC dövlətin “Açıq Səhmdar Cəmiyyəti” statuslu, əhalinin rifahına xidmət etmək məqsədi daşıyan təşkilat olduğu üçün onun vəzifəli şəxsləri və onların karyera həyatı da ictimaiyyətə açıq olmalıdır.
Biz hələ “Azərişıq” ASC –də orta vəzifə tutan keçmiş məhkum haqqında bir araşdırma ortaya qoymuşduq ki, onun tərəfindən təşkil olunmuş zənglər gəlməyə, yazının səhifədən silinməsinə xahişlər, təkidlər, hətta bəzən təhdidlər olmağa başladı. Zəng edənlər Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 382.2. (jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoyma və ya informasiyanın verilməsindən imtinaya məcbur etmə) maddəsini pozdular.
Yazmışdıq ki, satış departamentinin müavini Rauf Əhmədov təkrar və mütəşəkkil xuliqanlıq əməli törətdiyi üçün AR CM-nin 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və onun məhkumluğu yaranmışdı. Cinayət işləri bir-birindən cəmiyyətdə təhlükəlilik dərəcəsinə görə fərqlənir. Bu maddə xüsusi ictimai təhlükəli cinayət əməlinin hüquqi qiymətidir.
Ancaq o, vəzifədədir. Cinayətkarın məmur vəzifəsində oturdulması, 8 000 manat əmək haqqı alması, bunun ölkə rəhbərindən gizlədilməsi özü cinayət deyilmi? Özü də ola o adam ki, vəzifə saxtakarlıqları ilə, şantajla, təhdidlə, xəbər aparıb-gətirməklə məşğul olur. Onun varidatı milyonlarla hesablanır. Bu məsələləri “Azərişıq” ASC-də əksər çoxluq danışır, yəni 1-2 nəfər danışmır ki, şər-böhtan hesab edilsin.
Bu yazıdan sonra Rauf Əhmədovun DİN-dən onun məhkumluğunun olmaması barədə 2020-ci ildə aldığı arayışın şəkilini redaksiyaya göndərdilər. Rauf Əhmədovun təqdim etdiyi arayışdan sonra biz yenidən araşdırma apardıq və bu dəfə daha çox məlumat əldə etdik. Belə ki, 23 Mart 1980-ci il doğumlu Əhmədov Rauf Musa oğlu, törətdiyi cinayət əməlinə görə 13 Aprel 2004-cü il tarixində AR CM-nin 127.2.3-cü və 221.2.1-ci maddələri ilə ittiham edilərək Xəta RPİ tərəfindən həbs edilmiş və 08.07.2004-cü il tarixində Xətai Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilərək 2 illik cəza almışdır. Bütün bunlara baxmayaraq o hələ də vəzifədədir.
Rauf Əhmədova yaxın olan çevrənin verdiyi məlumata görə, o, həmin arayışı böyük məbləğdə rüşvət qarşılığında alıb. Bunu deməklə o, həm də ölkənin təhlükəsizliyinin təminatçısı olan DİN-i də çirkli cinayət əməllərinə bulaşdırır. Yaxşı olar ki, Rauf Əhmədov təqdim etdiyi arayışın nə qədər rüşvət qarşılığında aldığını da oxucularımıza açıqlasın.
Əslində R. Əhmədovun məhkumluq müddəti bitmişdir. Bu arayış da onu ehtiva edir.
Ancaq dəliqanlı davranışı bu adamın hələ də islah olunmadığını sübut edir. O, bu arayışı təqdim etməklə ictimaiyyəti yenə aldatmaq və guya cinayət əməli törətmədiyi fikrini aşılamaq istəyir.
Deməli, Rauf öz keçmişi ilə indiki durduğu – əslində kələklə nail olduğu mövqe arasındakı uçurumun, uyğunsuzluğun fərqindədir. Ona görə çox ciddi cəhdlə, müxtəlif üsullarla öz keçmiş və bu günkü çirkin əməllərini gizlətməyə çalışır.
Rauf Əhmədov öz yaxın çevrəsinə əlində saxladığı və onu “ölməz Kaşşeyə” çevirən kompromatlar barədə danışıb. Həmin kompromatlar çox ciddi məsələlərdir. Rauf Əhmədov, məhz bu kompromatlardan istifadə edib onun barəsində olan həqiqətləri ört-basdır edir, qarşılığında “raskoş” həyat yaşayır. Onun əlində saxladığı və onu, özü demiş, “ölməz Kaşşeyə” çevirən kompromatları sadalamağı sonraya saxlayırıq.
Cinayətkarı vəzifədən qovmaq medianın işi deyil. Media ictimai projektordur, kimin kim olduğunu, Azərbaycan dövlətinə, xalqın rifahına xidmət edənləri və etməyənləri cəmiyyətə göstərir. Əmin olun ki, “Azərişıq” ASC-də ideal saflıq qurulmayınca bu projektor sönməyəcək.
“Azərişıq” ASC-ni nüfuzdan salan, urvatsız edən belə kadrlar barəsində ciddi düşünmək, vətəndaşların, savadlı kadrların haqqını tanımaq, vəzifədə rüşvətin qarşısını qətiyyətlə almaq, idarəçiliyi optimallaşdırmaq missiyası "Azərişıq" ASC rəhbərliyinin üzərinə düşür.
Röyal