Rusiya sülhməramlıları ehtiyat su anbarının tikintisinə nəzarət edir
Paralel.az xəbər verir ki, Rusiya sülhməramlıları Qarabağda əhalinin və sənayenin ehtiyacları üçün çalışmaqda davam edir. Onların su anbarının tikintisinin təhlükəsizliyini təmin etdiyi qeyd edilən məlumatı bu gün Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Kolesnikov bildirib ki, bu obyekt təmas xəttinin yaxınlığında yerləşdiyi üçün Rusiya sülhməramlı kontingentinin olması zəruridir. Məlumatda qeyd edilib ki, hidravlik mühəndislər Martakert (Xocavənd.red.) bölgəsindəki demarkasiya xətti yaxınlığında süni su anbarı yaratmaq üçün işə başlayıb. Mədən şirkətinin nümayəndəsi Adam Qriqoryan bildirib ki, orada artezian suyunun saxlanması üçün işlər görülür: “Biz
təhlükəsizliyi təmin etmək üçün sülhməramlı kontingentin komandanlığına müraciət etdik. Vaxtında kömək etdikləri üçün sülhməramlı kontingentə minnətdarıq”.
Məlumata görə, bu iş yeraltı və yerüstü şirin su axın ehtiyatlarının saxlanması üçün aparılır. Onlar ümid edir ki, su anbarının tikintisi bu ilin sonunadək başa çatdırılacaq.
Nigar