Kabul terroru qurbanlarının sayı 170-ə çatdı

Kabul terroru qurbanlarının sayı 170-ə çatdı
 

Paralel.az INTERFAX.RU-ya istinadən xəbər verir ki, Əfqanıstan Səhiyyə Nazirliyindən alınan son məlumata görə, Kabul hava limanı yaxınlığındakı hücumlarda ölənlərin sayı 170-ə çatıb, ölənlərin əksəriyyəti Əfqanıstan vətəndaşıdır.

Telekanal əlavə edir ki, bombardman nəticəsində ölən 13 amerikalıdan onu dəniz piyadalarıdır. Ən azı 18 ABŞ hərbçisi yaralanıb. ABŞ vətəndaşlarının ölümü Pentaqon tərəfindən təsdiqlənib.

Təsdiqlənməmiş məlumatlara görə, ölənlər arasında 32 kişi, üç qadın, üç uşaq var, bundan başqa həlak olmuş 132 adamın kimliyi hələ təyin edilməyib.

Bundan əvvəl Səhiyyə Nazirliyi 110 ölüm xəbəri vermişdi.

Xatırladaq ki, avqustun 26-sı günortadan sonra Kabul Beynəlxalq Hava Limanında silsilə partlayışlar baş verib. İntiharçı və bomba yüklü avtomobillərin partladığı bildirildi. Bu, hava limanında minlərlə insanın ölkədən uçmaq üçün fürsət gözlədiyi vaxt baş verdi. Bir gün əvvəl Amerika və İngiltərə xüsusi xidmət orqanları hava limanının ərazisində terror aktı təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi.

Akif Nəsirli

0.025559902191162