Virusa yoluxmanın əsas səbəbləri

Virusa yoluxmanın əsas səbəbləri
 
Bu gün səhər tezdən şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən tibb məntəqələrində apardığım müşahidələr onu deməyə əsas verir ki, vətəndaşlarımızdan maska, məsafə və qiqienik qaydalara əməl etmək tələb olunsa da, bir çox hallarda buna əməl olunmur. Çünki bəzi vətəndaşlarımız bu virusun törədə biləcəyi fəcadları ciddiyə almırlar. Son 10 gündə ölkəmizdə bu virusa qarşı peybənd olunmaq istəyənlərin cayı kəskin artıb. Bu səbəbdən də, bir sıra tibb məntəqələrində ciddi ajiotaj yaşanır. İnsanlar tibb məntəqələrinə axışır, heç bir növbə gözləmədən, «azərbaycansayağı» peyvənd olunmaga çalışırlar ki, bu da digərlərində narazılıq yaradır. Bu halda insanlar arasındakı təmas məsafəsi də son həddə qədər qısalmış olur. Yəni bu kimi basabaslar nəticəsində yoluxma və çox təəssüf ki, ölüm halları da artır.  
Buna görə də hesab ediri ki, bu təhlükəli məqamda bütün tibb məntəqələrində insanların onlayn qeydiyyatsız və canlı növbələrlə peyvənd olunmalarına qadaga qoyulmalıdır. İkincisi, mümkündür ki, bütün tibb məntəqələrinə banklarda istifadə olunan növbə aparatları qoyulsun, hər kəs oradan növbə qəbzi alsın və bir kənarda növbəsini gözləsin. Onlayn növbəsi olanlar isə öz nöbələrinə uygun şəkildə peyvənd olunsunlar. Əks təqdirdə, biz yoluxma hallarının artmasının qarşısını ala bilməyəcəyik. Son müşahidələrimə əsasən deyə bilərəm ki, ən çox yoluxma halları növbələrdə və nəqliyyatda yaranan basabaslar səbəbindən baş verir. Sevindirici haldır ki, artıq bir sıra tibb məntəqələrində canlı növbələr ləgv olunur, insanlar onlayn qeydiyyat yolu ilə peyvənd olunurlar.  Lazımdır ki, bu üsul bütün tibb məntəqələrində tətbiq olunsun.
--
Yusif Seyid
0.015721082687378