Qondarma “parlamentin”in “müstəqillik günü” arzusu

Qondarma “parlamentin”in “müstəqillik günü” arzusu
 
Qubad İbadoğlu yazır: "Sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etməyə hazırlaşır.
Belə ki, 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.
Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentin spikeri Alen Simonyanla görüşüb, onu və parlamentindəki bütün fraksiya rəhbərlərini qondarma “müstəqillik günü”nə dəvət edib. Bildirir ki, sentyabrın 1-də qondarma “parlamentin” xüsusi iclasını keçirərək, “müstəqillik günü” qeyd edəcəklər.
Hesab edirəm ki, Azərbaycan hakimiyyəti özünü görməməzliyə və eşitməməzliyə vurmamalı, DİN, MTX, Baş prokurorluq separatçıların əleyhinə sərt mövqe qoymalı və birgə etiraz bəyanatı verməlidir.
 
Paralel.az
0.014897108078003