Ermənistan “yandırdığı körpülər”dən keçməli olub

 

Ermənistan “yandırdığı körpülər”dən keçməli olub 
 

Sünik bölgəsindəki Gorus-Qafan yolunun Azərbaycan hərbçiləri tərəfindən blokadaya alınmış hissələrinin açılması ilə bağlı danışıqlar bərpa olunmayıb.

Paralel.az xəbər verir ki, bu barədə Qafan icmasının rəhbəri Gevork Parsyan bildirib. O deyib ki, Azərbaycan hərbçiləri əvvəlcə Gorusdan Qafana və geriyə gedən hissədə yolu bağlayıb: “Nəticədə Gorus icmasının kəndləri - Vorotan, Şurnux, Bartsravan, Qafan icmasının Nor Araçadzor kəndinin bir hissəsi Ermənistanın digər yaşayış məntəqələrindən ayrılıb”. Parsyan hələ də ümid edir ki, danışıqlar cümə günü bərpa olunacaq. Erməni mətbuatı yazır ki, İrandan Ermənistana və geriyə gedən nəqliyyat vasitələri sıxlıq yaradır. Yük maşınlarının sürücüləri Tatevdən keçən

alternativ yoldan istifadə edə bilmir, çünki o, belə maşınların hərəkəti üçün uyğun deyil: “Yerli sakinlər köhnə kənd yollarından istifadə edirlər, amma o da yaxşı vəziyyətdə deyil”.

Məlumatda deyilir ki, Azərbaycan hərbçiləri avqustun 25-dən Qafan-Gorus avtomobil yolunun Karmrakar-Şurnux hissəsində nəqliyyatın hərəkətini dayandırıb.Yaxınlıqdakı avtomobillər təxliyə edilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə magistral yolda hərəkətin bərpası üçün işlərin aparıldığını bildirib.

Nigar

0.013849973678589