Erməni analitik: “Biz bu silahları Rusiyadan alaraq tədricən güclənəcəyik”

 

Erməni analitik: “Biz bu silahları Rusiyadan alaraq tədricən güclənəcəyik” 
 

Paralel.az xəbər verir ki, erməni hərbi-siyasi analitik Mger Akopyan son ayların geosiyasi hadisələrini özünəməxsus şəkildə şərh edib. O deyib ki, Qərbin Rusiyaya qarşı təşəbbüsləri, o cümlədən Ukraynada “Krım Platforması” sammitinin çağrılması, Türkiyənin Krımla bağlı mövqeyi kontekstində Ermənistanı gücləndirmək lazımdır. Akopyan Ermənistan müdafiə nazirinin rus həmkarları ilə aktiv təmaslarının, xüsusilə də Rusiya müdafiə nazirinin Ermənistan ordusunun silahlanması və modernləşdirilməsi ilə bağlı açıqlamalarının xoş olduğunu söyləyib: “Ümid edək ki, maraqlarımız yalnız Rusiya ilə üst -üstə düşəcək. Biz bu silahları Rusiyadan alaraq tədricən güclənəcəyik və dediyim kimi, Azərbaycan silkələnəndə ondan istifadə edəcəyik”. Akopyan müdafiə naziri Arşak

Karapetyanın yüksək keyfiyyətli silahlar almaqdan imtina bəyanatını qəbul etmədiyini deyib. Ermənistanın öz silahını istehsal etməsinin lazım olduğunu söyləyən analitik, bunun çətinliyini də deyib: “Bütün dövlətlər öz silahlarını istehsal etməyə çalışırlar. Amma əsl hərbi ehtiyaclarımız üçün ehtiyacımız olan istehsal faizi nə qədər olacaq, üstünlük təşkil edəcəkmi?”.

Akopyan avqustun 11-də Moskvada müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Rusiya müdafiə naziri Sergey Şoyqunun həmkarına xəncər hədiyyə etdiyini yada salıb: ”Bununla da Ermənistana silah tədarükü prosesinin başladığını güman edə bilərik”.

Nigar

0.016214847564697