Tramp məhkəməyə verildi

Tramp məhkəməyə verildi
 

Paralel.az xəbər verir ki, Kapitoli polisinin yeddi əməkdaşı ABŞ-ın keçmiş prezidenti Donald Trampı məhkəməyə verib.

Onlar Trampı Vaşinqtondakı 6 yanvar hadisəsini öncədən planlaşdırmaqda ittiham ediblər.

"Tramp xeyli müddət ərzində prezident seçkilərinin saxtalaşdırılması haqqında əsassız bəyənatlar verərək, öz tərəfdarlarını aqressiv hərəkətlərə sövq edib. Nəticədə acıqlı kütlə Kapitoliyə hücum çəkib." (Twitter Tramp)

Qeyd edək ki, bundan əvvəl də sözügedən hadisə ilə bağlı Tramp məhkəməyə verilmişdi. 

Şahnaz Salehqızı

0.017593860626221