Paytaxtda kompleks tədbirlər davam edir
Paralel.az xəbər verir ki, ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən paytaxt Bakı şəhərində kompleks tədbirlər həyata keçirilir.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
“Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - məlumatda bildirilib.
Şahnaz