Kovidin eskalasiyası sürətlə böyüyür
"Vəziyyət o qədər aldadıcı və kritikdir ki, iki dəfə peyvənd olunanlar da, bu xəstəliyə yoluxurlar"
Paralel.az xəbər verir ki, bunu hüquqşünas, “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev deyib.
Vəziyyətin kritikliyini vurğulayan hüquqşünas qeyd edir ki, fərqində deyilik, lakin bu, cəmiyyətdə artıq adi hala çevrilib.
"Vəziyyət o qədər aldadıcı və kritikdir ki, iki dəfə peyvənd olunanlar da bu xəstəliyə yoluxurlar.Belə faktlar çox olsa da,yenə peyvəndin tərəfdarıyam.
Amma iki dəfə vaksin olunub yoluxanların durumu bir az rahat keçir.
Vaksin olunmuş əziz bir dostum artıq 15 gündür ki, xəstəxanada müalicəsini davam etdirir,evə buraxılmır.
Şükr Allaha,indi vəziyyəti yaxşılığa doğru dəyişir.Yuxarıda Allah,aşağıda şəfalı peşə sahibləri!
Dostum bu çətin anında-26 avqust tarixində feysbookdan doğum günümlə bağlı məlumatı oxuyub təngənəfəs halında ,sübh tezdən məni təbrik etdi.Doğrusu bu diqqətdən və sayğıdan qürur duydum,bir az da kövrəldim...
Allah,Allah!Yaratdığın bəndə özünü unudub,mənə diqqət göstərir!...
Bu ,həqiqi dostluğun canlı təzahürüdür!
Ya Rəbbim!Şükr Sənin yaratdığın varlığa!Bəndələrinə bəxş etdiyin bu hörmət və ehtiram xətrinə imanlı qardaşıma tezliklə şəfa ver!Onu və covid qurbanlarının hər birini mərhəmət qanadının altına al!..
Bu düşüncələrlə geriyə baxdım...
Həyatımın nə qədər oxumadığım səhifələri varmış.Bu səhifələrdə nə qədər aldandığım faktların qeydi var.İndi yadıma düşür...
Düşüncələrimdə bəzi insanların dediklərini anlamadığım xatirələr də var.Xəyala dalanda riyakar insanlarla da oturub-durmağımı gözümün önünə gətirirəm.Onlarla keçirdiyim vaxt qısa olsa da, ömrümə calama,Ya Rəbbim!
Ətrafımda ümidimi bağladığım,çörək kəsdiyim insanlar da olub,amma qəlp çıxıblar...
Valideynin övladının çiynində o dünyaya köç etdiyini çox görmüşəm.Əksini də-övladın valideyn çiynində köçdüyünü də daddım,Ya Rəbbim,daddım...
Bütün bunları görə-görə və yaşaya-yaşaya nə vaxt ahıllaşdığımı və qocaldığımı heç hiss etməmişəm.
Bu ,73 il ərzində nə qədər ayrılıqlar yaşadım və sonra ona da ,alışdım.
Ayrılıqsız da həyat olmazmış(?)...
Bəzən uşaq ağlımla hər gələn baharın sərin,qışın sərt keçməsini arzulamışam.
Bunları Kimdən və haradan istəyəydim ki,... Kim əlimdən tutub mənə"baş üstə,buyur!"-deyərdi?
Bu illər ərzində Xəzərə məftun olan birisi kimi onun fırtınalı,bulanıq vaxtını da çox görmüşəm.Amma bu dənizin durulan vaxtı da olur,var!
Düşünərək yaşamışam.
Kimin mənə nə vaxt arxadan zərbə vuracağını bilməmişəm.Doğrusu ,heç buna əhəmiyyət də verməmişəm.Zərbələr məni sonralar ağrıdıb,çox ağrıdıb."
Sərvət, pul düşkünlərinə mesaj verən hüquqşünas sual edir: "Niyə İnsanların gözü həmişə sərvət, pul dalınca düşür-sualın cavabını o vaxtlar belə təxmin etmişdim."Gözün qarnı olsaydı o da,doyardı"-yəqin buna görə...
Bu qədər acıları qəlbimdə daşıya-daşıya, görə-görə Tanrının bəxş etdiyi 73 -cü ili də, beləcə başa vurdum...
Bundan sonra yaşamağa dəyərsə, görən O möhlət verəcəkmi?"
P.S. Qeyd edək ki, “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevin 73 yaşı dünən tamam olub. Bu münasibətlə, "Paralel"qəzetinin kollektivi olaraq Şəmsəddin müəllimi təbrik edir, can sağlığı və sevgi dolu günlər arzulayırıq.
Şahnaz Salehqızı