Taliban eks-prezidenti ev dustağına götürdü

Taliban eks-prezidenti ev dustağına götürdü
 

Əfqanıstanın keçmiş lideri Həmid Kərzai Taliban döyüşçüləri tərəfindən həbs olundu

Paralel.az CNN-ə istinadən xəbər verir ki, keçmiş Əfqanıstan lideri Həmid Kərzai və Milli Barışıq Şurasının rəhbəri Abdullah Abdullah Kabildə Taliban tərəfindən ev dustağı edilib.

Telekanalın mənbəsi bildirib ki, Kərzai və Abdullah Əfqanıstanın keçid şurasının üzvləridir və hakimiyyətin taliblərə ötürülməsini təmin edirdi. Lakin bu silahlıların siyasətçilərin mühafizəçilərini tərksilah edərək, qovmasına mane olmadı. Üstəlik, Taliban bu iki Əfqanıstan liderinin evinə basqın edərək, şəxsi avtomobillərini da götürüblər.

Əfqanıstanın idarəetmək şurasına 12 nəfər daxil olmalı idi. O cümlədən keçid hökumətində Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai, Milli Barışıq Şurasının rəhbəri Abdullah Abdullah, Taliban siyasi qanadının lideri Abdul Qani Baradar və Taliban hərbi komissiyasının rəhbəri Moulavi Yakub təmsil edilməli idi.

Xatırladaq ki, avqustun əvvəlində Taliban yaraqlıları Əfqanıstanda hücumlarını gücləndirdi, 15 avqustda paytaxtı ələ keçirdilər və prezident Əşrəf Qani ölkədən qaçdı.

Talibanın nəzarəti altında olmayan yeganə ərazi Kabulun şimal-şərqində yerləşən Pəncşir əyalətidir.

Akif Nəsirli

0.025421142578125