SSRİ-nin 5 ən varlı respublikası
Paralel.az qlavnoe net-ə istinadən xəbər verir ki, nə qədər təəccüblü olsa da, sovetlər ittifaqının ən varlı 5 respublikası arasında Ermənistanın da adı var. Belə ku, sovetlər ittifaqında geninə, boluna bərabərlikdən, ədalətdən danışılsada, bəzi respublikalara xüsusi diqqət və qayğı göstərildiyi də, o dövrdə belə, heç kimə sirr olmayıb. Məsələn, Pribaltika respublikaları sovetlər ittifaqına 2-ci Dünya Müharibəsindən sonra qoşulsalar da, digər respublikalardan fərqli olaraq, bu respublikalara Mərkəzdən daha çox vəsait ayrılıb. Bu yolla da, həmin respublikalarda Sovet işğalını kompensasiya etməyə çalışıb. Gürcüstan da o dövrün varlı respublikalarından sayılır. SSRİ-nin başqa respublikalarında şəxsi təsərrufat və obyektlərin yaradılması qadağan olunsa da, Gürcüstanda insanlar bu yolla öz imkanlarını artıra biliblər.
Ən maraqlısı isə budur ki, SSRİ-nin ən varlı respublikaları arasında Ermənistanın da adı var. Hansısa qüdrətli əlin gücü ilə bu respublikaya ümumittifaq büdcədən çox böyük pullar ayrılıb.
Amma ən çox işləyən və ölkəni təbii resursları ilə təmin edən Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan kimi 5 müsəlman respublikası ittifaqın ən kasıb respublikaları olub.
Bütün bunlar onu deməyə əsas verir ki, Sovetlər İttifaqı da, deyildiyi qədər ədalətli və hüquqi dövlət olmayıb.
Yusif Seyid