B.Zelinski: «Ukraynanın düşməni Rusiya deyil...»

B.Zelinski: «Ukraynanın düşməni Rusiya deyil...»
 
Paralel.az reqnum. ru.-ya istinadən xəbər verir ki, Ukraynanın müstəqilliyinin 30 illiyi ilə bağlı tədbirdə çıxış edən prezident V.Zelinski bəyan edib ki, heç bir xarici düşmən, Ukraynaya öz aralarında müxtəlif məsələlərdə razılığa gələ bilməyən ukraynalılar qədər ağır zərbələr vurmayıb. Onun sözlərinə görə, Ukrayna artıq güclü dövlətdir və onun gələcəyinidə Ukrayna vətəndaşları müəyyən etməlidirlər. »Biz hamımız öz keçmişimiz barədə çox mübahisələr aparırıq, Bu, o deməkdir ki, biz öz böyük tariximizdən nəticə çıxarmalıyıq». V. Zelinski onu da xüsusi vurğulayıb ki, »Ukrayna xalqının gücü, elə Ukrayna xalqının özündədir». O həmçinin qeyd edib ki, ukraynadilli və rusdilli vətəndaşlar bu ölkədə bir ailə kimi yaşamalıdırlar. V. Zelinskinin bu çıxışı ukraynanın sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub.  

Yusif Seyid
0.017704010009766