Dietoloq məsləhəti: “Boz rəngli kolbasa təhlükəsizdir”

Dietoloq məsləhəti: “Boz rəngli kolbasa təhlükəsizdir”
 

Paralel.az xəbər verir ki, yarımfabrikat məhsulların xeyirli və zərərlisi var. Teleaparıcı Sergey Aqapkin və həkim-dietoloq Mixail Ginzburg bu məhsulların xeyir və zərərindən bəhs edib. Bu sırada kolbasa hazırlanma üsulundan asılı olaraq qaynadılmış, hisə verilmiş, bişməmiş hisə verilmiş və s. olur. Kolbasalarda məhsulun dad-keyfiyyət xüsusiyyətinə təsir edən yağ, duz və istiot var. Təbii və süni qabıqda olan kolbasanın hər birinin də öz müsbət və mənfi cəhətləri var. Təbii bizə daha yaxındır, amma məhsul on günə qədər saxlanılır. Süni qablaşdırmalı olan isə bütöv, lazımi temperaturda, 50-60 gün saxlana bilər. Təbii qabığın tərkibi ət zülalı ilə tamamilə eynidir.

Mütəxəssislər kolbasa almazdan əvvəl etiketi diqqətlə öyrənməyi və məhsulun tərkibiylə

tanış olmağı məsləhət görürlər. Əvvəlcə ətin tərkib hissəsi, sonra isə əlavələr yazılmalıdır. Keyfiyyətli məhsulun tərkibində GMO, soya, monosodium glutamat olmamalıdır. Bu məhsullara xoş çəhrayı rəng verən də natrium nitritdir. Amma bu maddə kanserogenə çevrilərək hüceyrə mutasiyalarına və xərçəngin kəskin inkişafına, bağırsaq və mədə xərçənginə səbəb ola bilər. Boz rəngli kolbasalar isə daha təhlükəsizdir.

Mağazalarda satılan bütün kolbasalar gündəlik istehlak üçün tövsiyə edilmir. Kolbasa həftədə iki dəfədən və 80 qramdan çox olmamaq şərtilə qəbul edilməlidir. Onu tez-tez istifadə etmək piylənmə, hipertoniya, şəkərli diabet, ürək-qaraciyər xəstəliyinin inkişafına səbəb olur. Kolbasanı bütöv şəkildə almaq lazımdır. Çünki dilimləyici ilə kəsilmiş parça gigiyenik deyil və qısamüddətli istifadəyə yararlıdır.

Nigar

0.016641139984131