Polis mülki geyimdə maska yoxlayır

Polis mülki geyimdə maska yoxlayır
 

Səadət Bənənyarlı: "Nəzarəti insan tutmaq üçün deyil, vətəndaşın sağlamlığını qorumaq üçün həyata keçirmək lazımdır"

Pandemiya şəraitində vətəndaşlarımız tibbi maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara riayət etməlidir. Mülki geyimdə xidmətə cəlb olunan polis əməkdaşlarının fəaliyyəti ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd vətəndaşların sağlamlığının effekiv mühafizəsidir.

akin polisin uniforma geyinmədən xidmət aparması bir tərəfdən "Polis Haqqında" yanuna ziddir, digər tərəfdən isə bu vətəndaş hüquqlarının pozulmasıdır. Nazirlər Kabineti belə izahat verir ki, onlar vətəndaşların sağlamlıqları ilə hüquqları arasında seçim ediblər.

Məsələ ilə bağlı Hüquq müdafiəçisi Səadət Bənənyalı ilə söhbət etdik. Hüquq müdafiəçisi bildirdi ki, rolis mülki formada xidmət aparsa da vətəndaşla rəftar zamanı özünü təqdim edəcək, xidməti vəsiqəsini göstərəcək: "Polis düşünür ki, uniformada reydlər aparanda, bir obyektə girən kimi digərləri qayda pozuntularını aradan qaldırır. Bütün günü maskasız gəzən işçi 15 dəqiqəlik reyd zamanı maskanı taxır və bununla da ondan xəta sovuşur. Bunu aradan qaldırmaq üçün polisə sözügedən səlahiyəti veriblər. Amma düşünmürlər ki, insanlar arasında operativ əlaqə vasitələri mövcuddur, bir iesajla digərlərini xəbərdar edirlər. Fikrimcə, bunu insanlar arasında maarifləndirmə, müxtəlif vasitələrlə inandırıcı şəkildə izah edərək vətəndaşlara çatdırmaq lazımdır. İndi artıq əvvəlki dövrlərə nisbətən əhali xəstəliyin varlığına daha çox inanır. Hazırda küçədə maska taxmaq tələbi olmasa da, bir çox vətəndaşlar sağlamlığını qorumaq üçün maskada gəzir. Nəzarət lazımdır, amma bu qanun çərçivəsində edilməlidir. Nəzarəti insan tutmaq üçün deyil, vətəndaşın sağlamlığını qorumaq üçün həyata keçirmək lazımdır. Polis əməli ilə bu prinsipə sadiq qaldığını sübut etməlidir".

Akif Nəsirli

0.018468856811523