Azəriqaz İB Beyləqan rayon şöbəsi qazinin şikayətinə münasibət bildirdi
Beyləqan rayonu, Şərq kənd sakini, ikinci qrup Qarabağ müharibə əlili Məmmədov Nicat Əkbər oğlu "Paralel.az"-a Azəriqaz İB-nin Beyləqan rayon şöbəsinin əməkdaşının onun evinin qaz sayğacını sazlayarkən, sayğaca 140 manat pul yazdıqları barədə şikayət məktubu göndərib.
Şikayət məktubu idarənin müdiri Tahir Abdullayevin diqqətinə çatdırılıb. Müdir xəstə olduğu üçün işə çıxa bilmədiyini bildirib və işə qayıdan kimi, məsələni araşdıracağını deyib.
Qarabağ qazisinin şikayət məktubu 23.08.2021-ci il tarixdə "Paralel.az"-da dərc olunub.
https://paralel.az/az/article/269654
Azərqaz İB Beyləqan rayon şöbəsinin müdiri "Paralel.az"-da getmiş şikayət məktubu ilə əlaqədar 26.08.2021-ci il tarixdə redaksiyaya zəng edərək bildirib ki, Nicat Məmmədovun yaşadığı evin qaz sayğacındakı 140 manat pul abonentin qaz sızması barədə "qaynar xəttə" vaxtında müraciət etməməsi nəticəsində yazılıb.
Beyləqan qaz idarəsinin müdir müavini Anarın Qarabağ qazisi Nicat Məmmədovun müraciətinə kobud reaksiyasına gəlincə, Tahir müəllim bu barədə məlumatı olmadığını bildirib.
Röyal