Osman Gündüz: "Bir yandan da sosial media və internet əfqanların qəniminə çevrilib"

Osman Gündüz:
 
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yazır: "Taliban hakimiyyətə gələndən sonra əfqanların bir çoxu təqibdən yayınmaq üçün internetdə özləri haqqında olan bütün datanı təmizləməklə məşğuldur.
Bir çoxları da saxta səhifələr yaradır, kompüterdə və smartfonda məlumatları silirlər.
13 milyon sosial media istifadəçisi olan Əfqanıstanın internetdə xeyli datası formalaşıb ki, talibanlılar bundan istiafdə edərək qərblə əməkdaşlıq edənləri aşkarlayırlar.
ABŞ-ın USAİD humanitar qurumu artıq bütün partnyorlarına məktub göndərib ki, əfqan vətəndaşları üçün problem yarada biləcək bütün məlumatlar, fotolar, müxtəlif tədbirlərdən hazırlanan materiallar sosial mediadan, internetdən yığışdırılsın və məhv edilsin .
Eyni məzmunlu xəbərdarlıq məktubunu ABŞ-in buradaki keçmiş səfirliyi öz əməkdaşlarına da göndərib.
Beynəlxalq Human Rights First qurumu isə informasiyaların şəbəkədən, sosial mediadan silinməsi ilə, ümumiyyətlə, silinmiş məlumatların heç bir izinin qalmaması ilə bağlı əfqan vətəndaşları üçün bir neçə dildə təlimat hazırlayıb.
Amma Talibanın da son dövrlərdə xeyli rəqəmsallaşdığı bildirilir. Onlar xüsusi xidmət qurumlarının məlumat bazalarına giriş əldə etməklə , biometrik məlumatlar əsasında bir neçə dəfə şəxsiyyəti müəyyən edən əməliyyatla icra edə biliblər.
Human Rights First bldirib ki, talibanlar hətta ABŞ -ın buradakı hərbi və mülki kontingentinin də biometrik məlumatlarını əldə edə bilib.
Facebook isə bu məsələlərdən sonra Talibanlara məxsus hesabları silərək , onlarla əlaqəli bütün məlumatları bloklayıb."
 
Paralel.az
0.017934083938599