Lavrov "Sputnik-V"-nin AB-də tanınmasından danışdı
S. Lavrov: "AB ölkələri Rusiya peyvəndlərini birliyin rəsmi qərarı olmadan tanıya bilər"
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, Rusiya ilə Avstriya arasında peyvənd sertifikatlarının tanınması mümkündür. Macarıstanın atdığı addımı digər AB ölkəsi də ata bilər, deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Vaksinlərin tanınmasına gəlincə, əlbəttə, mümkündür. Hər hansı bir AB ölkəsi, Avropa Dərman Agentliyinin rəsmi qərarını gözləmədən, Macarıstanın atdığı addımı təkrarlaya bilər". S. Lavrov bunu Avstriyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Rusiya ilə Avstriya arasında peyvənd sertifikatlarının qarşılıqlı tanınmanın mümkün olub-olmadığı barədə sualına cavab olaraq deyib.
Saytın məlumatına görə, bir sıra ölkələrdə (Argentina, San Marino, Serbiya, Macarıstan, Bəhreyn, Meksika, Birləşmiş Ərəb Əmirlikləri və s.) əhalinin peyvənd edilməsi zamanı "Sputnik V"-dən istifadə ilə bağlı məlumatlarda peyvəndin ən təhlükəsiz və ən təsirli immunitet yaradan vasitə olduğu göstərilir: ""Sputnik-V" hökumət tənzimləyiciləri tərəfindən alınan təsdiqlərin sayına görə dünyada ikinci yerdədir".
Akif Nəsirli