Yasəmən Qaraqoyunlu: “Azərbaycan Turandır”
Yasəmən Qaraqoyunlu yazır: "Mənim haqqımda Avropadan tutmuş Rusiyaya qədər yayılmış azərbaycanlılar və Azərbaycanda yaşayan digər xalqların nümayəndələri arasında çox ciddi əks təbliğatın getdiyindən xəbərdaram. Məni Azərbaycanın düşməni, Azərbaycanda yaşayan talışların , ləzgilərin, saxurların düşməni kimi tanıdıb erməni, kürd kimi qələmə verdiklərini və mənim haqqımda nifrət toxumları əkdiklərini bilirəm. Hər gün təhdid olunuram, şantaj olunuram. Bilirəm ki, Türklük və Bütöv Azərbaycan davası apardığım üçün bu linc etmə kampaniyası İran tərəfindən təşkil olunur.
İranın Azərbaycan tarixində və mədəniyyətində formalaşdırdığı Şüubiyyə izlərini silib atmağa çalışıram. Azərbaycan İran deyil, Turandır.
Mən Azərbaycanın İrana çevrilməsinin, İran fars ənənələrinin Azərbaycan mədəniyyətinin ruhuna sızmasının qarşısını almaq mücadiləsi verirəm. Azərbaycan Turan olacaqsa İran da Turan olacaqdır buna əmin olun. Fars kültürünün və ənənələrinin, ruhunun Azərbaycan kültüründən, ənənələrindən, ruhundan silinməsi üçün çox çalışmalıyıq. Bu bir zəhərdir, bizi dirçəlməyə, özümüz olmağa qoymur. Harda fars kültürünün izi varsa orda Türkün sazı, sözü qırılmışdır. Siz Şüubiyyə hərəkatını yaxşı öyrənin. Şüubiyyə islamı Şiyəliyə çevirmiş, Sasanlını bərpa etmişdir. Şüubiyyəni öyrəndikcə İran-Fars millətinin başqa millətlər, özəlliklə də türklər və ərəblərə yönəlik bir faşizm, panfarsizm olduğunu görəcəksiniz və özünüzü qorumaq istəyəcəksiniz. Türk Millətinin bütün böyük imperiyalarını, dövlətlərini, mədəniyyətini, sarayını, krallarını Şüubiyyə içdən gəmirib çökdürmüşdür. Bəli.Mən Azərbaycan mədəniyyətinin içindəki Şüubiyyənin bütün yıxıcılıq əməllərini görürəm, bilirəm və əlbəttə ki, millətimi uyarıram, qorumaq istəyirəm. Heç bilirsinizmi ki, biz Quzey Azərbaycanda niyə bütün dəyərləri və humanizmi ilə hətta Avropaya və bütün dünyaya örnək ola biləcək Cümhuriyyət qura bildik? Ona görə ki, XIX əsrdə Türkmənçay müqaviləsindən sonra Azərbaycanda Maarifçilik hərəkatının qatqısı ilə, H.Zərdabi, Əhməd Ağaoğlu, Ə.Hüseynzadə, Ə.Topçubaşovun, M.Ə.Rəsulzadənin liderliyi ilə İran-Fars Mədəniyyətindən sıyrılıb çıxa bildik. Azərbaycan Cümhuriyyəti Azərbaycanda yaşanan dərin sosial-siyasi-mədəni (kültürəl) düşüncə devrimlərinin meyvəsidir. İran-Fars mədəniyyətindən sıyrılıb çıxmaq və böyük Türk Mədəniyyətinə dönmək. Cümhuriyyət məhz bu kültür hərəkatının nəticəsində doğuldu. Türklükdən doğuldu. Türkə dönüşdən doğuldu. Bu gün bu dərin düşüncə devrimi, Özə dönüş hərəkatı Güney Azərbaycanda, bütün İran coğrafiyasına yayılmış türk toplumlarında baş verməkdədir. Bütün İran coğrafiyasında Fars mədəniyyətindən sıyrılıb çıxmaq və Türk mədəniyyətinə sarılmaq hərəkatı getməkdədir. Türklüyə dönüş çağı başlanmışdır. Türkün Çağı başlanmışdır.
Lakin təəssüf ki, Quzey Azərbaycanda Cümhuriyyətin devrilməsindən sonra Azərbaycan yenidən anti türk Hind-Avropa konsepsiyasının təsiri altına düşdü. Rusiya Türksüz Azərbaycan inşa etməyə başladı. SSRİ içərisində İran Fars mərkəzli tarixə əsaslanan Azərbaycan inşa edildi. Bu gün də Əliyevlər hakimiyyəti bu siyasəti davam etdirməkdədirlər. Hal hazırda Azərbaycanda yazılmış tarix kitabları və rəsmi ideoloji siyasət əsasında Fars-iran mərkəzli kimlik ürətilir. Bəli, Azərbaycan Tarix şüuru Fars-iran mərkəzli kimlik ürətir və insan tipi yetişdirir.
Hər bir xalq, imperiya, mədəniyyət öz mövcudluğunu qorumaq üçün ətrafında çevrə təhlükəsizliyi zolağı yaradır. Təhlükəsizlik zolağı hərbi güclə, ideologiya ilə, mədəniyyətin yayılması və ətrafda yaşayan xalqların o mədəniyyət içində əridilməsi ilə, mənsub olduğu dini dünyağörüşün ətraf xalqlara yayılması ilə, ətraf xalqların və onların mədəniyyətlərinin yozlaşdırılması və. s. ilə aparılır.
Sovet dövründə yazılmış Azərbaycan Tarixi və ədəbiyyatı da İranın təhlükəsizliyini qorumaq məqsədilə İran-fars mərkəzli ideya əsasında yazılmışdır.
Unutmayın əzizlərim!. Azərbaycan İran-Fars imperiyasının və kültürünün həm yüksəlmə nöqtəsi, həm qırılma nöqtəsidir. Azərbaycan Türkləşərsə, İran coğrafiyasına yayılmış türklərdə Türk bilinci yüksək olar, İran mədəniyyəti türkləşər, Anadolu-İran-Azərbaycan-Türkiyə türkləri arasında coğrafi-etnik-dil-kültür bağları güclənər və bir Turan yaranar. Azərbaycanda Türk mərkəzli tarix yazılsaydı İran coğrafiyasına yayılmış Türk milləti Azərbaycan mərkəzli bir dövlət qurma düşüncəsinə sahiblənər, Farslar İranın mərkəzi etnosu statusunu itirərlər.
İran tarixçilərinin yazdığına görə Azərbaycan İranın-farsların kültür orbitinə daxildir. Düz də yazırlar. Baxmayaraq ki, Azərbaycan türkləri farslara qarşı mübarizə aparırlar, amma hələ də İran şahlarının, Şahnamə qəhrəmanlarının, Avesta firiştələrinin adlarını daşıyır, yaşadırlar. Şəxs adlarımıza baxaq. Firdovsi, Rüstəm, Bəhram, Siyamək, Firəngiz, Pərviz, Behruz…Xosrov və.s. və.i.
Bax beləcə biz hələ də avestanın və şahnamənin təsiri altındayıq. Fars İranı bizi farslaşdırmaqla, kültürümüzü assimilyasiya etməklə, tariximizi çarpdırmaqla zərərsizləşdirir. Elə ona görə də biz hələ də “Azəriyik”… Azəri olduğumuz sürədə də biz İranın bir parçasıyıq və İrana “Təhlükə” təşkil etmirik.
əgər biz Ər Tunqa, Orxan, Togrul, Qorqud olarıqsa,
Türk olarıqsa fars mərkəzli iran üçün bir “Təhlükəsizlik zonası” yıq.
Azərbaycanda Ərəb işgalına qarşı mübarizə aparan qəhrəmanların tarixi yazılmışdır. Məsələn Babək və Ərəb-sünni kültürünə və ideologiyasına qarşı mübarizə aparan Şah İsmayıl.
Fars tarixçiləri görün nə yazırlar. Yazırlar ki, sasanlılar Ərəblər tərəfindən işğal olunduqdan sonra Perslər düz iki yüz il ərəblərə və islama qarşı mübarizə apardılar. bu mübarizə qəhrəmanlıq tarixi dövrüdür. Əbu Müslim, Əl Mukanna, Babək və s. Amma perslər bu mübarizədə yenildikden sonra mübarizənin taktikasını dəyişdilər. İslamı ərəbiin əlindən almaq stratejisini qəbul etdilər. Bundan sonra fars mifləri ilə sintezləşmiş Zərdüştçü Şiyəlik ideolojisinə sahiblənməklə Ərəbə qarşı mübarizə aparmağa başladılar və.s. Bu məqsədlə Şüubiyə təşkilatı (təriqəti) qurdular, əski Pers kültürünü və tarixini dirçəltdilər və s. Azərbaycan, Xorasan da bu mübarizənin mərkəzi idi. Bunlara təbii baxıram belə də olmalıydı.
Amma diqqət edin Azərbaycan Tarixinə. Azərbaycanda yerli xalqlar,Türklər, Farslar Midiyada hakimiyyəti ələ keçirəndə ona qarşı böyük mübarizələr aparmışlar. Üsyan qaldırmışlar. Bu mübarizənin də böyük qəhrəmanları var. Məsələn, Qam Ata, Fravartiş və. s. Niyə Azərbaycan tarixində və ədəbiyyatında Fars işğalına, mədəniyyətinə qarşı mübarizə aparan qəhramanlar tarixi yazılmır, onlar haqqaında ictimai təbliğatı qurulmur, ədəbiyyat, media niyə bu barədə susur. Qam Ata da, Fravartiş də Babek qədər böyük qəhrəman, ideya sahibləri idilər. Azərbaycanın farslar gəlməmişdən öncəki tarixi və mədəniyyəti indikinden daha möhtəşəm və böyük idi. Bu möhtəşəm mədəniyyəti Perslər söndürdü. Bu möhtəşəm tarixin, mədəniyyətin Perslərlə vuruşan kralları, şəhərləri hanı? Bunlar milli vicdanımızda yer tutmalı, təriflənməlidir, tarix şüurumuzda yer almalıdır. Mən düşünürəm ki, Bütöv Azərbaycan Milli Hərəkatı bir Türk oyanış hərəkatıdır, Türkləşmə hərəkatıdır, Özə, Kökə qayıdış hərəkatıdır və bu hərəkat siyasətdən tutmuş mənəviyyata qədər İran-Fars simgələrindən sıyrılıb çıxmalıdır.
Güney Azərbaycan Milli hərəkatı Bəzz qalasına yürüş etməklə həm də, fars ideologiyasına dolayısıyla bilmədən xidmət edir, Babəkin tarixi çoxdandır Fars ideologiyasının Ərəbə qarşı mübarizəsində rupora çevrilib. Babəklə-Şah İsmayıl ideyaları və savaşları arasında bir ideoloji, tarixi varislik əlaqələrinin olduğu da yazılır bu günlərdə. Əlbəttə bu doğrudur, amma bu o zaman doğru olardı ki, Türklərə o zaman sərf edərdi ki, Qam ATA-Babek-Şah İsmayıl- Dede Qorqud-Osman Qazi – Nadir Şah , Cəmaləddin Əfqani sintezi və varislik əlaqələri yaradılaydı. Deyin görüm yarada bilərsinizmi belə bir hipotezi…Ərəbə qarşı mübarizədə bir Babək obrazı və mübarizə yöntəmi var, birdə Səlcuqlu şahı Sultan Toğrul obrazı və yöntəmi var. Babək Ərəbistana məğlub kimi aparıldı, aşağılanaraq öldürüldü. Sultan Toğrul Bağdada (OXU. SASANLI İMPERİYASININ PAYTAXTI BAĞDAD) qəhrəman kimi girdi. Zəfərlə…Abbasi xəlifəsini diz çökdürərək. Bəlkə Sultan Toğrul tarixini, zəfərini də Milli mücadiləmizin bir taktikası kimi mənimsəyək. Azərbaycan milli hərəkatı, Bütöv Azərbaycan mübarizəsi, yaxud İranın türkləşməsi mübarizəsi İran coğrafiyasının farslaşdırılmasına qarşı mübarizədir, amma və lakin, farslara qarşı mübarizədə Fars tarix zehniyyəti ilə, fars ideologiyası ilə silahlanaraq mübarizə aparmaq olmaz…. Mən Bütöv Azərbaycan mübarizəsinin Farslara xidmət edən simgələrlə aparılmasını uğursuzluq kimi qiymətləndirirəm və bu mübarizədə Türk ideologiyasını və qəhrəmanlarını, türk sistemini görmürem…
Qısası. Niye Perslərə qarşı mübarizə tariximiz yazılmır? Niye Səfəvi-Osmanlının bir günlük müharibəsi içimizdə bu qədər yanğı oyandırmış, niye Çaldıran döyüşü milli vicdanımızda bu qədər diri tutulmaqda? … Bu yaddaşın bizdə əbədi qalması Farslara xidmət etmirmi… Axı biz farslara qarşı mübarizə aparırıqsa, Osmanlı-səfəvi birliyini yaratmaqla qalib gələ bilərik.
Niye Qam Ata Güney Azərbaycanın və İran Türklüyünün mübarizə simvoluna çevrilmir. İndi biz Ərəbə qarşı yox, farsa qraşı mübarizə aparırıqsa hansı tarix şüuru ilə silahlanmalıyıq?
Axı biz din müharibəsi yox etnik-milli mübarizə aparırıq… Azərbaycanın Fars mərkəzli irana qarşı mübarizəsində əsas şərtlərdən biri də, Osmanlı və Səfəvi (oxu. Azərbaycan) türklərinin birliyini vəsf edən tarix və ədəbiyyatın yazılması, Türk birliyinin strateji üstünlüklərinin təbliğ olunması, milli bilincin diri tutulmasıdır.
Azərbaycan milli hərəkatı Fars ideologiysından, Fars tarix zehniyyətindən arınmalıdır. Yeni bir tarix yazılmalıdır. İran –fars tarixindən ayrılmış Azərbaycan türk Tarixi.
Diqqət etmişəm ki, mənim haqqımda sosial şəbəkələrdə iftira kampaniyası aparanlar hamısı İranın aşiqləri, pərəstişkarları, agentləridir. Bunların səhifələrində “Böyük İran Mədəniyyəti” nə vurğunluq aşkar görünür.
Bunlar niyə məni linc etməyə çalışır. Çünki mən deyirəm və yazıram.
1. Bütöv Azərbaycan qurulacaq və Turanın mərkəzi olacaq. Azərbaycan Turandır.
2. Azərbaycan dili yoxdur. Türk dili var.
Azərbaycanda Türk dili hakim olursa və çiçəklənirsə, bütün İran, Rusiya, Suriya, İraq, Əfqanıstan (Cənubi Türküstan), Pakistan, Hindistan (Hind çayına qədərki ərazilər, Hindistanda 1300 illik türk hakimiyyəti və mədəniyyəti var), Çin (Şərqi Türküstan-Uyğurustan) kimi Türk ellərində yaradılmış mədəniyyət, dil, tarix bütünlüyü yaranacaqdır. Anadolu və Türküstan vahid mədəniyyət arealı yenidən bütövləşəcək və yeni bir Türk renessansı doğulacaqdır. Azərbaycan coğrafiyası Anadolu (Qərb Türkləri)Türkiyəsi ilə Türküstanı (Şərq Türkləri), İran adlanan orta doğu coğrafiyasını, İraq (İkiçayarası) və Suriya Türklüyü arasında cografi, kültürəl, etnik bir körpü rolu oynayır. Azərbaycan Turanın onurğa sütunudur. Türk Renessansı Azərbaycanın iştirakı və qatqısı ilə formalaşacaqdır. Turan Azərbaycandan doğacadır. Məhz buna görə də bu proseslərin qarşısını almaq üçün saxta Stalinist Azərbaycanlı milləti və Azərbaycan dili konsepsiyası uyğulanır. Məqsəd Türklərin belini və gələcəyini Azərbaycanda qırmaqdır. Azərbaycanlı milləti və Azərbaycan dili konsepsiyası Rusiya, Çin, İran imperiyalarını və Ermənistanı qorumaq məqsədilə, Azərbaycanın qonşular üçün təhlükəsiz dövlət imicini yaratmaq məqsədilə ortalığa atılmışdır.
3. Azərbaycanlı milləti yoxdur, Türk Milləti var.
Azərbaycanda Türk millətinin varlığı gələcəkdə qurulacaq Turanın qarantıdır. Turan bu günkü Avropa Birliyi kimi Türk dövlətlərinin konfederativ birliyidir və Azərbaycanın təhlükəsizliyi və yüksək inkişafı məhz Turan içində təmin oluna bilər.
4. Türk milləti Azərbaycanda avtoxtonq, aborogen, dominant millətdi və titul millətdir.
5. Azərbaycanda yaşayan bütün xalqlar və vətəndaşlar bərabərdir və azaddır.
6. İran mədəniyyəti Fars mədəniyyəti deyildir.
İran coğrafiyasında və İkiçayarasında, Azərbaycanda, Anadoluda Farsların gəlişinə qədər vahid etno-sosio kültürəl substratlar-Subartu, Şumer, Mitanni (hürri və Subar boylarının vahid ittifaqı), Kassi, Turukki, Lullubi, Kuti, Aratta, Manna, Hetit, Urartu, Troya, Etrusk, Elam, Midiya dövlətləri və mədəniyyətləri olub ki, bu mədəniyyətləri quran xalqlar, iltisaqi-aqlütinativ dilli xalqlar olmuşlar. Bu gün iran adlanan dövlətin mədəniyyəti bu xalqların qurduğu sivilizasiyaya əsaslanır. Artıq elm o qədər inkişaf etdirilib ki, XVIII əsrdə Avropada qurulmuş saxta Hind-Avropa konsepsiyasının formalaşdırdığı kökü Aryanlara dayanan mifik İran mədəniyyəti qavramı qeyri ciddi qarşılanır və irqçi Avropa mərkəzçiliyin əsasında dayanan bu idealogiyanın elmi əsasları olmadığı üçün bu konsepsiya çöküş dönəminə girmişdir. Mifik İran mədəniyyəti ideyası irqçi Avropamərkəzçiliyin əsasında duran bir konsepsiyadır .
7. Farsların e.ə. VII-IX əsrlərdə İran coğrafiyasına gəlişinə qədər bu coğrafiyada Aratta, Manna, ELam, Midiya mədəniyyətlərinin 4- 5 min il yaşı olmuşdur.
Farslar mədəniyyət qurucu deyil, mədəniyyət yıxıcı millətdir və saxta bir İran mədəniyyəti mifi uydurmuşlar. Fars alimi Nasir Purpirar “12 əsr sükut” əsərində yazır ki, Farslar İran coğrafiyasına hakim olduqdan sonra özlərindən əvvəlki bütün sivilizasiyaları məhv etdilər. Nasir Purpirar e.ə. VII əsrlə -b.e. VII əsri arasında qalan tarixi Orta Doğunun qaranlıq tarixi adlandırmışdır. Çünki bu dövrdə fars Əhəməni və sasanlı dövlətləri hakim olmuşdu. Nasir Purpirar Farsların Dövlət qurmağa qabil olmayan bir millət hesab edir. Mən isə onların 3 dəfə saray çevrilişi etdiklərinə diqqətinizi çəkirəm. Midiyada saray çevrilişi edərək Əhəmənilər hakimiyyətə gəlmişdir. Parfiyada saray çevrilişi edərək sasanilər hakimiyyətə gəlmişdir. Türk qacarlarda saray çevrilişi edərək Pəhləvilər hakimiyyətə gəlmişdir. Xainliklə, siyasətlə, hiylə ilə. İran Sosioloqu Əli Şəriəti “Özə dönüş” əsərində farsların Türk və Orta Doğu mədəniyyətini, İslam mədəniyyətini necə məhv etdiyini, yer üzündən silməyə çalışdığını ayrıntıları ilə təsvir etmişdir.
8. Bu günkü İran coğrafiyası Elam-Midiya coğrafiyasıdır və Bu dövlətlərin varisləri Türklərdir. Elam və Midiya dili də Türk dili kimi aqlütinativ dildir.
9. Elam Midiya coğrafiyasında farsların cəmi 3 dövləti olmuşdur.
e.ə. 550-330-cu illərdə Əhəmənilər, b.e.-nın 226-651-ci illərində Sasanilər, 1925-ci ildən indiyə kimi isə pəhləvilər və molla rejimi olmuşdur. Qeyd etmək gərəkdir ki, sasanilər və əhəmənilər dövlətləri heç də tam olaraq bir fars dövlətləri olmamışdır. Hakimiyyətdə fars sülaləri təmsil olunsalar da, həmin dövlətlərin xalqları yerli iltisaqi dilli etnoslar və türklər olmuşlar. əslində bu fars dövlətləri sülalə xarakteri daşımaqla yanaşı, yerli xalqlarla uzlaşmış bir feodal dövlətlərinin konsolidasiyası əsasında mövcud olumuşdur. O halda İran coğrafiyasında Dövlətçilik haqqı Türk millətinə məxsusdur və Türk Dövləti bərpa olmalıdır.
İran coğrafiyasında Türk Dövlətçilik tarixinin 7 min illik bir yaşı var. M.Tağı Zehtabi “İran Türkləri” əsərində, Firudun Ağasıoğlu “9 bitik” əsərində, Vil Durant “Batıya yön verən mətnlər” əsərlərində bu barədə geniş bilgilər verməkdədir. Azərbaycan hakimiyyətində təmsil olunan bütün İranpərəstlərə, AMEA da İran Platformasını müdafiə edən gizli Türk düşmənlərinə, Mənim haqqımda Azərbaycanda düşmən obrazı yaradan bütün İran kəşfiyyat sistemlərinə bir xatırlatmada bulunmaq istəyirəm. İndiki İran yaylasındakı türk dövlətlərinin siyahısı bütün tarixə və dünyaya bəllidir və bu yaxınlarda moderator.az saytında da yayınlanmışdır.
Oxuyun. Aratta dövləti (e.ə. III milliyin I yarısı, mərkəzi Urmu), Lulubi dövləti (e.ə. XXIII yüzil-e.ə. II minillik, mərkəz Urmu), Kuti dövləti (e.ə. III minilliyin əvvəlləri – e.ə. III minilliyin sonu), Turukki dövləti (e.ə. XX-e.ə. XI-X yüzilliklər), Manna dövləti (e.ə. IX yüzil – e.ə. 590-cı yüzil), İşquz dövləti (e.ə. VII-IV yüzilliklər), Maday dövləti (e.ə. 672 yüzil-e.ə. 550-ci il), Atropat dövləti (e.ə. 321-b.e. 227-ci illər, mərkəzi Qazaka), Qafqaz Alban dövləti (e.ə. IV yüzil-b.e. 705-ci il, mərkəzi öncə Qəbələ, sonra Bərdə), b.e.-nın 630-cu ilindən 869-cu ilə kimi xırda feodal dövlətləri kimi Girdman, Şəki, Xaçın, Şirvanşahlar, Dərbənd bölgələri mövcud olub. Bunun əsas səbəbi feodal qarşıdurmaları, ərəblərin islam dinini yaymaq üçün apardıqları işğalçı siyasətlər idi. 898-941-ci illərdə Sacilər dövləti (mərkəzi öncə Marağa, sonra Ərdəbil olmuşdur), 941-981-ci illərdə Salarlılar dövləti (mərkəzi Ərdəbil), 971-1088-ci illərdə Şədaddlılar dövləti (mərkəzi Gəncə), 981-1065-ci illərdə Rəvvadlılar dövləti (mərkəzi öncə Ərdəbil, sonra Təbriz olmuşdur), 987-1170-ci illərdə Sünik dövləti (mərkəzi Göyçə), 1038-1157-ci illərdə Böyük Səlcuqlu İmperiyası (mərkəzi Nişapur), 1108-1227-ci illərdə Ağsunqurlar dövləti (mərkəzi öncə Marağa, sonra Təbriz), 1136-1225-ci illərdə Atabəyləri dövləti (öncə mərkəzi Naxçıvan, sonra Təbriz və Həmədan), 1256-1335-ci illərdə Elxanlılar dövləti (mərkəzi Təbriz), 1335-1357-ci illərdə Çobanoğluları dövləti (mərkəzi Təbriz), 1375-1468-ci illərdə Qaraqoyunlu dövləti (mərkəzi Təbriz), 1378-1508-ci illərdə Ağqoyunlu dövləti (mərkəzi Təbriz), 1501-1722-ci illərdə Səfəvilər dövləti (mərkəzi Təbriz), 1736-1747-ci illərdə Əfşarlar dövləti (mərkəzi Məşhəd) və 1794-1925-ci illərdə Qacarlar dövləti (mərkəzi Tehran) mövcud olmuşdur. Bundan əlavə, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (mərkəzi Bakı) və 1920-ci ildə Azadistan dövləti (mərkəzi Təbriz), 1945-1946-cı ildə Azərbaycan Milli Hökuməti (mərkəzi Təbriz) dövlətləri mövcud olmuşdur.
Yenə oxuyun. 1950-ci illərdə hakimiyyətdə olan diktator Məhəmmədrza Pəhləvinin əmri ilə dünyanın nüfuzlu arxeoloqları, etnoqrafları, piktoqram üzrə mütəxəssislər və tarixçi alimləri ölkəyə dəvət edildilər. Hədəf indiki İran adlı ölkənin ən qədim çağlardan qədim fars-pəhləvi tarixini ortaya qoymaq idi. Bu məqsədlə Tehranda hətta “Bərrəsihayi tarixi” (Tarixi tədqiqlər) adlı elmi jurnal dərc olunaraq dünyanın hər yerinə yayılırdı. ABŞ-dan gəlmiş dünyalarca ünlü arxeoloqlar Hilen Kantur və Pinas Delokas kimi vicdanlı alimlər Ekbatan (Həmədan) və Həsənlu Təpə (Urmu) kurqanlarından üzə çıxarılan maddi-mədəniyyət abidələri ilə sübut etdilər ki: “İran yaylası ərazisində qədim sivilizasiya və tarix türklərə məxsusdur. Bu tarixin izi 7 min ildir”.
10. Elam Midiya coğrafiyasında qurulmuş Türk dövlətlərinin varisi Türk millətidir.
Bu günkü İranda Türk Dövlətçilik tarixi bərpa olunacaqdır. İranda Türklər əhalinin çoxluğunu əksəriyyətini təşkil edir və iranın hər yerinə, bütün şəhərlərinə, kəndlərinə yayılmışdır. Bu barədə Rəcəb Albayrağın “Türklərin İranı” adlı iki cildlik kitabını oxumaq yetərlidir.
11. Türkiyə və Böyük Azərbaycan (indiki İran) konfederativ birliyi , konfederativ dövləti qurulacaqdır.
Anadolu, Transqafqaz, Türküstan ( Cənubi Türkistan – Əfqanıstan və Uyğurustan da daxil olmaqla) üçgənindən ibarət böyük Turan qurulacaqdır.
Bu məqsədlə bu günkü İranda və Azərbaycanda Türk Milli Hərəkatı yüksəlməkdədir və o hərəkatın ən aktiv üzvlərindən də biri mənəm. Sonunacan mübarizə aparacağıq. Bu günkü İran bir Turandır. İranı Turan edəcəyik. Keçmişdə olduğu kimi. Keçmişimiz gələcəyimizdir.
Bakı Təbriz Ankara-biz hara farslar hara.
Haray Haray Mən Türkəm.
Yasəmən Qaraqoyunlu