Sözü bilənlər danışsın

Sözü bilənlər danışsın
 

"Azərbaycan" nəşriyyatına qara yaxmaq əmri haradan gəlib?

 Azərbaycanda elə bir müəssisə, təşkilat tapmaq mümkün deyil ki, orada nöqsan olmasın. "İş olan yerdə, nöqsan olar", - deyib atalarımız. Bu nöqsanların da əsasını rüşvət korrupsiya təşkil edir. "Azərbaycan" nəşriyyatında isə rüşvət heç zaman olmayıb, onun elə böyük layihələri yoxlur ki, oradan korrupsiya iyi gəlsin. Rüşvət korrupsiya harada olur? Məsələn, dövlət milyonlarla vəsait ayırıb, böyük, möhtəşəm, ən müasir avadanlıqlarla təhciz olunmuş müalicə mərkəzi, yaxud xəstəxana tikir. Görürsən ki, bu möhtəşəmliyin, böyüklüyün arxasında insan sağlamlığına qayğı diqqət yox, burada çalışanların pula hərisliyi, acgözlüyü açıq şəkildə özünü biruzə verir. Bir çox hallarda isə buradakı nöqsanlardan danışmaq belə, qadağan olunur. Hər şey gözəldir, amma insanlar məmnun deyillər.

Müasir Azərbaycanda hər kəs öz biliyinə, bacarığına qabiliyyətinə görə çalışsaydı, məmləkətimiz daha güclü, qüdrətli olar, insanlarımız daha firavan yaşayardılar.

Lakin təəssüflər olsun ki, ölkəmizdə hamı yalan danışır. Lazım oldu-olmadı yalan püskürür. Yalan danışmaq bir növ özünü göstərmək, özünü cəmiyyətə təqdim etmək, gündəmdə qalmaq formasına çevrilib. "Ağzıma gəldi danışım, təki gündəmdə qalım".

Bu günlərdə AzTV- bir çox sosial şəbəkələrdə "Azərbaycan" nəşriyyatı barədə yayımlanan vidio süjetlər , məhz bu xarakter daşıyır. Söz yox ki, yuxarıda da qeyd etdiyim kimi, ölkəmizdə nöqsansız bir yer tapmaq mümkün deyi. "Azərbaycan" nəşriyyatında da bu ya başqa səbəblərdən yaranan nöqsanlar var. Amma söhbət həmin nöqsanlardan yox, həmin vidionu yayan diletantlardan gedir. Vidioya baxanda hiss edirsən ki, bu insanların nəşriyyat işində əsla anlayışları yoxdur onlara kimsə göstəriş verib ki, gedin, çəkin gətirin. Sözün açığı onlar özləri nəyi çəkdiklərini balmirdilər. Açıqca görünür ki, burada əsas məqsəd nəşriyyatı onun rəhbərliyini qaralamaqdır. Bu əmr haradan gəlib, bunu yəqin ki, əmrə müntəzir vidioçəkənlər daha yaxşı bilirlər.

Mənim üçün çox maraqlıdır ki, nəşriyyatın təmir olunmamasını xüsusi vurğulayan jurnalist həmkarlarım üçün indiyə qədər yüz milyonlarla dövlət vəsaiti hesabına tikilən, müxtəlif statuslu dövlət qurumlarının binaları ilə maraqlanmırlar?. Məsələn, deyilənlərə görə, Bakıda özünün möhtəşəmliyi ilə seçilən SOCAR-ın inzibati binasının tikintisi üçün 500 milyon vəsait xərclənib. Bu vəsaitdən 2- milyon "Azərbaycan" nəşriyyatı üçün ayırsaydılar, hesab edirəm, indi bu vidionun çəkilişinə heç bir ehtiyac qalmazdı.

Bir qədər tarixə ekskurs edək. Yadınıza salım ki, "Azərbaycan" nəşriyyatının yeni korpusları məhz, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1975-80- illərdə tikilib. Nəşriyyat o dövrdə keçmiş sovetlər məkanında ən böyük qəzet çap müəssisəsi sayılırdı özünün keyfiyyətli məhsuluna görə, hər zaman SSRİ məkanında ilk üçlükdə olardı. Nəşriyyat həmçinin qonşu Gürcüstan Ermənistan üçün , ittifaq əhəmiyyətli qəzetləri çap edirdi.

Bu o dövrlər idi ki, insanlar səhər saat 5-00-da qəzet köşkləri qarşısında növbəyə dururdular. Nəşriyyat günün 24 saatını işləyirdi. Hər iki-üç ildən bir işçiləri üçün öz gəlirləri hesabına evlər tikirdi. İnsanların da qəzetə ehtiyacı var idi.

Bu gün "Azərbaycan" nəşriyyatını tənqid edən media "kapitanları"nın fəaliyyəti nəticəsində Azərbaycan mediası tənəzzülə uğrayıb. İndi bunun günahını "Azərbaycan nəşriyyatının təmir olunmamasının üzərinə yıxmağa çalışırlar. Guya nəşriyyat təmir olunsaydı, onların qəzetləri satılacaqdı.

Əgər söhbət hörmətli Elçin Şıxlının dediyi kimi, keyfiyyətsiz qəzet çapından gedirsə, bu kökündən yanlış yanaşma qərəzdir. "Azərbaycan" nəşriyyatı istər sovet dönəmində, istər ondan sonrakı dövrdə, istərsə bu gün Azərbaycanda ən yüksək səviyyədə qəzet çap edən yeganə mətbəədir. Bu kefiyyətdə qəzet çap edə biləcək ikinci bir müəssisə Azərbaycanda yoxdur. Elçin Şıxlıdan soruşmaq lazımdır ki, əgər Azərbaycan nəşriyyatı qəzetləri keyfiyyətsiz çap edirdisə, üçün "Ayna", "Zerkalo" qəzetləri son günlərinə qədər, bu nəşriyyatda çap olunurdular? üçün ölkənin bütün aparıcı qəzetləri bu gün , "Azərbaycan" nəşriyyatında çap olunur?

O ki qaldı, hörmətli Mehman Əliyevin münasibətinə, görünür onun bu gün nəşriyyatda baş verənlərdən əsla xəbəri yoxdur söz demək xatirinə bir neçə kəlmə deyib, çox təəssüf.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev vaxt nəşriyyatda olub ki, buranın fəaliyyəti barədə danışır. O, heç anlamır ki, onun 500-700 tirajla nəşr etdirdiyi qəzet Azərbaycan nəşriyyatına üç qat başasına başa gəlir, amma onu çap edir, geri qaytarmır.

O zaman nəşriyyata gəlib, qəzetinin çap prosesi ilə maraqlanıb ki, bu gün nəşriyyat haqqında danışır? Çap maşınının başı harada, arxası harada olduğunu bilməyənlər birdəfəlik başa düşsünlər ki, nəşriyyatın funksiyası yüksək keyfiyyətli çap məhsulları istehsal etməkdir. Nəşriyyat rəhbərliyinin elə bir səlahiyyəti yoxdur ki, burada yerləşən qəzetlərin fəaliyyətinə müdaxilə eləsin. Ona görə öz gözlərində tükü görməyənlər, başqasının gözündə tir axtarmasınlar.Azərbaycan nəşriyyatını "reket"lər yuvası adlandıran AzTV əməkdaşı gücü çatırsa, getsin AzTV- baş verənləri araşdırsın ictimailəşdirsin. Yaddan çıxarmasın ki, onun reket yuvası adlandırdığı məkanda respublikanın "Azərbaycan", "Respublika", "Ədalət","Paralel", "Bakı xəbər", "Şərq" digər nüfuzlu qəzetlər son zamanlar ölkəmizdə böyük nüfuz qazanmış bir sıra elektron televiziyalar fəaliyyət göstərir. Bu məkanı reket yuvası adlandırmaqla, siz burada çalışan bütün insanları təhqir etmiş olursunuz, cənablar.

O ki qaldı nəşriyyatın direktoru Ağabəy Əsgərovun şəxsi fəadliyyətinə, onun direktor təyinatıyla barada çalışanların əmək haqqları 2-3 dəfə artıb. Bu artımlar az da olsa, mütamadi xarakter daşıyır. A.Əsgərovun dövründə nəşriyyatada qəzetlərin rəngli çapına imkan verən yeni bir korpus istifadəyə verilib. Burada da qəzetlərin ən yüksək səviyyədə çapı üçün hər cür şərait yaradılıb. Burada aşağı tirajlı qəzetlərin çapı nəşriyyat üçün baha başa gəlir. Qəzetlərin tirajı ən azından 10 min, 15 min olmalıdır ki,  nəşriyyat heç olmasa öz xərclərini ödəyə bilsin. Bu gün isə nəşriyyatda çap olunan qəzetlərin ən yaxşı halda tirajları 4-5 mindir. Bununla belə nəşriyyat imkan vermir ki, onların keyfiyyəti aşağı düşsün. Buna görə , az qala Yasamal rayonunun bir hissəsi qədər ərazisin olan binanın təmirinə imkan tapmır. İnanıram ki, əgər imkanı olsaydı, Ağabəy Əsgərov nəşriyyat üçün heç Rövnəq Abdullayevdən geri qalmayan elə bir möhtəşəm bina tikərdi ki, hamı razı qalardı, ən azından ona görə ki, onun özü jurnalistdir jurnalistikanın olduğunu heç kimdən az bilmir.

 P.S. Bilirəm ki, Ağabəy Əsgərovun mənim müdafiəmə ehtiyacı yoxdur məqsədim onu müdafiə eləmək deyil. Sadəcə olaraq, 50 il işlədiyim müəssisəyə qarşı qərəzli yanaşmanı qəbul edə bilmədim. Bu qədər!

  Yusif Seyid

0.022002935409546