Qaraqoyunlu mahalı

Qaraqoyunlu mahalı
 
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu yazır: "Qaraqoyunlu (Darlıx) dərəsi və ya Qaraqoyunlu mahalı — Qərbi Azərbaycanın, gözəl guşələrindən biri olaraq еrmənistan SSR-in İcevan (Karvansaray) və Mixaylovka – Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir.
Hazırda bu ərazi Ermənistanın Tavuş mərzi və Geğarkunik mərzi adlanan vilayətlərinin tərkibindədir
Qaraqoyunlu hərtərəfli inkişaf etmiş bölgələrdən biri idi. Harada yerləşməsindən asılı olmayaraq, kəndlərin hamısına yol çəkilmiş, təzə evlər tikilmişdi. 1960-cı ildə Qaraqoyunlu dərəsinin kəndlərində, demək olar ki, bir dənə də olsun köhnə ev qalmamışdı.
Qaraqoyunlu dərəsi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur.1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansaray, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselo), Şəmşəddil, Dilican rayonları yaradıldı."
0.017780065536499