Quantanamo həbsxanasının məhbusu Əfqanıstanın müdafiə naziri oldu

Quantanamo həbsxanasının məhbusu Əfqanıstanın müdafiə naziri oldu
 

Əfqanıstanda siyasi hakimiyyəti ələ keçirmiş “Taliban” rəhbərliyi Quantanamo həbsxanasının keçmiş məhbusu və “Taliban”ın səhra komandirlərindən biri olan Əbdül Qəyyum Zakirini Əfqanıstanın müdafiə naziri vəzifəsinə təyin edib.

Paralel.az xəbər verir ki, bu barədə “Al Jazeera” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Əbdül Qəyyum Zakiri hələ ABŞ-ın Əfqanıstana ordu yeritdiyi ilk illərdə “Taliban” döyüşçülərinə rəhbərlik edib, hərbi xarakterli məsələlərin həllinə cəlb olunub.

Əbdül Qəyyum Zakiri ABŞ ordusu tərəfindən ələ keçirilərək Quntanamo həbsxanasına salınmışdı.

O, bu həbsxanadan 2007-ci ildə azad edilib.

0.045408010482788