QRABAR dili

QRABAR dili
 

Gizli bir məqsədlə qədim erməni dili adlandırılan qrabar dili indiki ermənilərin dili deyildir.

Ermənilər bəzi uydurmaları yaxşı düşünüblər, ancaq unudublar ki, Qarabar qıpçaq tayfalarından biridir. O dil qrammatik quruluşuna görə iltisaqi olub türk dillərinə bənzəyir. İndiki erməni dili isə flektivdir. Yalnız leksik fondunda deformasiya olunmuş Qarabar sözləri qalmışdır. Məs: zadəgan xanımlarına bambiş deyilir. Bam qadın və biş baş türk sözləridir. Yaxud kiçik oğlan uşaqları kırtzer adlandırılır. Qırtmaq kiçiltmək deməkdir, -zer çoxluq şəkilçisidir. Qədim bulqar və çuvaş dillərində -zer çoxluq, cəmlik bildirir. Akad.Marr 1902-ci və 1903-cü ildə nəşr etdirdiyi 2 kitabında bunları əsaslandırmış, ona görə də ermənilərin qəzəbinə düçar olmuşdur. İlk mənbələrdə Bərdə hakiminin adı Barsxandır. İ adı Varsxen, sonra Vazqen eləyiblər. Ermənilər özlərinə qurama bir tarix yaradıblar. O tarixi zir-zibillərdən təmizləmək vətən və millət qarşısında borcumuzdur.

İlhami Cəfərsoy

0.017165899276733