Rusiya xəbərdarlıq etdi
Paralel.az: RİA novosti xəbər verir ki, Rusiya «Krım platforması»da iştirak edən dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinə yenidən baxmalı olacağını bəyan edib. Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, «Rusiya «Krım platforması» da müzakirə olunan məsələləri ölkəsinin ərazi bütövlüyünə təhdid kimi baxır və «sammit»in işində iştirak edən dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə yenidən baxmalı olacaq». Rusiyanın da «sammit»ə dəvət olunması məsələsinə toxunan M.Zaxarova: «Bütünlüklə antirusiya mövqeyinə köklənən bir toplantıda iştirak vedə bilməzdik»,-deyib. Bununla belə, o həmçinin qeyd edib ki, «Rusiya yarımadanın unikal imkanlarını açmaq üçün həmin ölkələrlə əməkdaşlığa hazırdır. Bunun üçün də xarici dostlarımızı yarımadada keçiriləcək həqiqi iqtisadi, humanitar və mədəni platformalarda iştirak etməyə dəvət edirik».
Onu da diqqətinizə çatdıraq ki, «Krım platforması» Ukraynanın təşəbbüsü ilə abqustun 23-də Kiyevdə keçirilib. Sammitdə Krımın Ukraynaya qaytarılması məsələsi müzakirə olunub. Tədbirdə 40-dan çox dövlət və beynəlxalq təşkilatın nümayəndələri iştirak edib.
Yusif Seyid