Professor İdris Abbasov yazır...
VAR-DÖVLƏTƏ ƏSİR DÜŞMÜŞ BİÇARƏLƏR ÖLMƏMƏK ÜÇÜN ƏZRAİLƏ YALVARIRLAR
Görəsən, akademik Ramiz Mehdiyevin, İsa Həbibbəylinin, ya da onların akademik analoqlarının evlərində yer olarmı, kitablarımın bir qismini verəm onlara saxlayalar? Darısqallıq iki kitab rəfimin axırına çıxdı. Dilçiliklə, xüsusən, ümumi və ərəb dilçiliyi və ədəbiyyatı ilə bağlı 100 dəyərli kitabı, cildlərlə ensiklopediyaları ləğv etdim. Təki milyonçu-mülkədar akademiklərimizin, ürəkləri dar olsa da, qəsrləri geniş olsun. Heç olmasa, xalqın son tikəsini oğurlamayın, yetər!
Sevinməyin! Mən payıma düşən 7-8 kvadrat metrdə də, hətta kirayələrdə də ömrü yola verərəm, təki sizin zərərli olduğunuzu bütün xalq bilsin ki, heç olmasa gələcək nəsillər zillət çəkməsinlər!
Onsuz da yatqxanada, aşağı şəraitli kirayələrdə yaşamaq təcrübəm az deyil! Sanki o qəsrləri, mülkləri dalınıza şəlləyib o dünyaya aparacaqsınız! Dəyərmi heç? Allah hidayət etsin sizi!
Paralel.az