“Taliban”çılar Beynəlxalq Hava Limanına gedən yolu bağlayıblar
Paralel.az xəbər verir ki, “Taliban” qruplaşması Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.
Bu barədə Kabildə keçirilən mətbuat konfransında “Taliban”ın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.
“Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq. Avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək."