Qazaxda "Qırmızı kitab"a düşən ağaçlar kütləvi şəkildə məhv edilir...

Qazaxda
 
Paralel.az xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib. 
 
Bildirilir ki, icra hakimiyyətinin göstərişi ilə Qazaxda Əliağa Şıxlinski küçəsində 56 ağac (şam və çinar) kəsilib.
 
Ağaclar məhv edildikdən sonra isə həmin ərazi yararsız sahə kimi satışa çıxarılıb.
 
Məlumata görə, ağacların suvarılması üçün həmin ərazidə kiçik arx olub. Rayon icra başçısı Rəcəb Babaşovun göstərişi ilə həmin arxa suyun verilməsi dayandırılıb.
 
Sakinlər deyiblər ki, kəsilən ağaclar icra nümayəndələrinin göstərişindən sonra yük maşınları vasitəsi ilə ərazidən daşınıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
 
Qazax Rayon İcra Hakimiyyəti isə xəbəri nə təsdiq, nə də təkzib edib. 


0.019498109817505