Xızı rayonunda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şakir Şıxaliyev COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.
Paralel.az xəbər verir ki, Ş.Şıxaliyev barəsində Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.