Kliniki Tibbi Mərkəz yalnız bu xəstələri qəbul edəcək -yenilənib
1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") 6 şöbəsi koronavirusla mübarizə səbəbindən bağlanıb. KTM-dən verilən məlumata görə, mərkəz avqustun 19-dan COVID-19 xəstəxanası kimi fəaliyyət göstərir: "Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, ümumi reanimasiya, intensivterapiya şöbəsi də koronavirusla mübarizə səbəbindən bağlanıb. Hazırda mərkəzdə hemodializ xəstələrinə xidmət göstərilir, toksikoloji xəstələr və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar yerinə yetirilir".
13:06
1 saylı Kliniki Tibbi Mərkəz (KTM) yalnız koronavirus xəstələrini qəbul edəcək.
“Semaşko” kimi tanınan mərkəz fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirəcək.
Artıq mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdiriləcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza məlumatı təsdiq ediblər.