Abşeron rayonun tibb müəssisələrində gərginlik davam edir
Son günlər peyvənd olunmaq istəyənlərin sayında kəskin artım müşahidə olunsa da, tibb müəssisələrinin rəhbərləri buna adekvat tədbirlər görməyə tələsmirlər. Bu da peyvənd üçün müraciət edən vətəndaşların narazılığına səbəb olur.
Narazılıq edənlərin böyük əksəriyyəti isə onlayn növbəyə yazılanlardır. Belə ki, burada canlı növbəyə duranlar, onlardan da, canlı növbəyə durmalarını tələb edirlər. Onlar isə onlayn növbə tutub günlərə gözlədiklərini və indi bu növbəyə uyğun peyvənd olunmaq hüquqlarının olduğunu dedikdə isə vətəndaşlar arasında ciddi mübahisə düşür. Görünür müəssisə rəhbərliyini bu, əsla narahat etmir.
Paralel.az Yusif Seyid