Sosial şəbəkənin müsbət tərəfi...

Sosial şəbəkənin müsbət tərəfi...
 
"Facebook" sosial şəbəkə istifadəçilərinin profillərinin təhlili əsasında onlar haqqında 90 % dəqiqliklə məlumat almaq mümkündür"
 
Paralel.az xəbər verir ki, bunu dosent İlham Əhmədov deyib. 

O, qeyd edib ki, yəqin yaxın gələcəkdə insanlar ailə həyatı quranda, peşə seçəndə, işə qəbul ediləndə bu məlumatlar nəzərə alınacaq, əgər pandemiyadan sonra evlənməyə həvəs, seçməyə peşə, işləməyə iş yeri olarsa...
 
"Tramp hələ 2015-ci ildə seçki kompaniyasını seçicilərin FB Profillərinin təhlili əsasında qurmuşdu və çətin seçki marafonunda qalib oldu (milyonlarla seçici üçün təhlil aparılmışdı).
Amma bu işi yalnız superkompüterlə səmərəli etmək mümkündür. Böyük datalarla psixoloq və ya personal üzrə menecer vakansiya namizədlərinin 10-12 illik FB fəaliyyətini "silahsız" heç cür təhlil edə bilməz.
 
Feysbuk yalan detektoru kimi insanın hər bir sitiasiyaya reaksiyasını illər ərzində qeyd edir (bəyənmə, hiddətlənmə, gülmə v.s.), yadda saxlayır, müxtəlif situasiyalara şərhlərini və paylaşımlarını təhlil edir, paylaşılan musiqi və şəkilləri təhlil edir, dostlarının profillərini təhlil edir (dostunu göstər sənin kim olduğunu deyim) v.s. 10 il FBdə profili olan adam haqqında 10 minlərlə belə faktlar toplanır, bu datanı superkompüter təhlil edəndə insan haqqında 200-300 parametr üzrə ətraflı məlumat əldə etmək və onun psixoloji, peşəkar v.s. portretini yaratmaq mümkün olur. Bu halda insan nəinki dostlarını, elə özünü də yaxşı tanıya bilər."
 
Şahnaz Salehqızı
0.022532939910889