Hansı ölkədə ədalət olarsa...
Siracəddin Hacı
Nizami Gəncəvi deyir ki, hansı ölkədə ədalət olsa, o ölkədə:
- qıfıllı qapılar açılar;
- nəfəs üçün hava yolu qoyular;
- qısır inəklər doğar;
- çaylarda su çoxalar;
- ağacların barı artar;
- pulun dəyəri olar;
- düyünlər çözülər;
- qarışıqlığa son qoyular;
- ölkə sərvətə hamilə olar;
- sərvət aşıb-daşar;
- hər kəsə layiq olduğu verilər;
- kasıblar sevinər;
- qaçqınlar öz yerinə qayıdar;
- qoyunlar canavarların zülmündən qurtarar;
- çalağan göyərçinlə dost olar;
- fitnə ölər;
- əliuzunların (rüşvətxorların) əli qısalar;
- ölkənin düşmənləri qorxuya düşərlər;
- dostlar sevinərlər;
- hakimiyyətin mərkəzinə insana xidmət qoyular;
- cinayətkara belə işgəncə verilməz;
- xalq hakimiyyəti sevər;
- xalq dövlətinə bağlanar;
- kimsə ac qalmaz;
- kədərin yerini sevinc tutar;
- üzlərə təbəssüm qonar;
- hakimiyyət xalqın nazını çəkər;
- ölkənin xəzinəsi dolar;
- qılınc və şallaq (zülm, qorxu və şiddət) ölkədən sürgün edilər;
- ağaclar çiçək açar, yaşıllaşar;
- insanların əli pulla oynayar;
- bolluq, bərəkət bütün evlərin qapısını döyər;
- hakimiyyət ədalətli olanlara dəyər verər, onların önünü açar, zalımlarla savaşar, zülmün qapısını bağlayar;
Paralel.az