ABŞ Qırğızıstana müraciət edib

ABŞ Qırğızıstana müraciət edib
 

Paralel.az xəbər verir ki, ABŞ Əfqanıstandan çıxarılan hərbi kontingentinin Qırğızıstan ərazisində yerləşdirilməsi üçün bu ölkəyə rəsmi müraciət ünvanlayıb.

Bunu Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev bəyan edib.

Nazri qeyd edib ki, bu formatda əməkdaşlıq məsələsi hələ ki, gündəmdə deyil.

O, xatırladıb ki, Qırğızıstan əvvəllər də NATO hərbçilərini qəbul edib. 2001-2009-cu illərdə alyansın qoşunları “Manas” aeroportundakı hərbi bazadan istifadə edib.

Həmçinin, Kazakbayev vaxtilə ABŞ ordusunun Qırğızıstanda yerləşdirilməsi barəsində müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparıldığını da bildirib.

0.015413045883179