Su anbarında batan şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib

Su anbarında batan şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib
 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Paralel.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1997-ci il təvəllüdlü Qarayev Orxan Mahir oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şahnaz

0.020539999008179