Zəncirvari yol qəzası baş verib

Zəncirvari yol qəzası baş verib
 

Paralel.az xəbər verir ki, Bakı-Qazax yolunda zəncirvari yol qəzası baş verib.

Magistral yolun Ağdaş rayonu ərazisindən keçən hissəsində, Ləki qəsəbəsi ərazisində baş verib. “Ford” markalı sərnişin mikroavtobusu və iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var. Xəsarət alanların bir qisminə yerindəcə tibbi yardım göstərilib, bir qismi isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Röyal

0.016111135482788