AZAL-ın zülmü...
          
Hava limanında nə üçün gözləmə zalı yoxdur?
 
  

                    AZAL-ın zülmü...          Hava limanında nə üçün gözləmə zalı yoxdur?   
 
Dünyanın hər yerində ölkəyə turist cəlb etmək üçün min cür cəlbedici vasitələrə əl atırlar. Bunun heç şübhəsiz ki, müsbət nəticələri də olur. Müasir dövrdə, turistlərin istənilən bir ölkə ilə ilk tanışlıq isə hava limanından başlayır. Bizdə isə elə bil AZAL tam tərsinə-ölkəmizə turistlərin gəlməməsi üçün əlindən gələni edir. Qiymətlər baha, xidmət ən aşağı səviyyədə. Gələn turistlər bir yana, hava limanında gələn qonaqları qarşılamaq üçün də, heç bir şərait yoxlur. İnsanlar günün, yağışın altında hava limanının girişində, ayaq üst, saatlarla gözləmək məcburiyyətindədirlər. Deyək ki, indi yaydır, sabah yağışda, qarda hər tərəfi açıq olan bu məkanda insanlar necə daldalanacaqlar? Onların arasında uşaq da, qoca da, xəstə insanlar da var. Bu insanlar öz dərdlərini kimə desinlər? AZAL rəhbərliyi limanda elə bir rejim qurub ki,elə bil hava limanı dünyanın ən strateji obyektidir. Bu kimi məkanlarda mütləq gözləmə zalı olmalıdır.  H.Əliyev hava limanında da gözləmə zalı var, amma ondan heç kim istifadə edə bilmir. Hava limanında yaradılan bütün kanfort, möhtəşəmlik, yalnız əcnəbilər və görüntü üçündür. Azərbaycan vətəndaşlarına isə istədikləri münasibəti sərgiləyirlər, çünki, buna görə heç bir məsuliyyət daşımayacaqlarını yaxşı bilirlər. 
 

Yusif Seyid
0.019511938095093