Məleykə Abbaszadə: "III ixtisas qrupu üzrə 12 853 plan yeri ayrılıb"

Məleykə Abbaszadə:
 

Paralel.az xəbər verir ki, bu il III ixtisas qrupu üzrə 12 853 plan yeri ayrılıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi ilə bağlı keçirdiyi onlayn konfransda bildirib ki, müsabiqə vəziyyətini ödəyənlərin sayı isə 16 500-dən çoxdur.

“Bu o deməkdir ki, təxminən 3500 şəxs ali məktəbə qəbul ola bilməyəcək. İndiyədək ixtisas seçimi ilə bağlı 26 203 ərizə təqdim edilib, 761 ərizə isə ləğv edilib. İxtisas seçimi zamanı yaradılmış ərizəni artıq 2 ildir ki, ləğv etmək mümkündür. Abituriyentlər hər hansı səhv edibsə, ixtisas seçimi bitənə qədər ərizəni ləğv edib, yeni ərizə yarada bilərlər”.

Şahnaz Salehqızı

0.015928983688354