Abşeronda "Çiv" qalmadı- VİDEO
İçməli su ilə bağlı qarşıdakı illərdə yer kürəsini əsl fəlakət gözləyir. Bu barədə nüfuzlu elm adamları, beynəlxalq təşkilatlar, o cümlədən BMT həyacan təbili çalır.
Əslində bu günün özündə də bəzi Afrika ölkələrində, o cümlədən, ölkəmizin Aran və digər bölgələrində nəinki içməli, hətta texniki su ilə bağlı kəskin qıtlıq yaşanır. Su həyatdır, bu mənada suyu qorumaq, ondan qənaətlə istifadə etmək bizi gələcəkdə yaşaya biləcəyimiz problemdən xilas edə bilər.
Azərbaycanda su işinə “Azərsu” ASC adlı qurum baxır. Bu təşkilat hər dəfə suyun qiymətini qaldıranda su israfından tutmuş, maya dəyərinin yüksək olmasına qədər min bir bəhanə gətirir. Ancaq heç vaxt günahı üzündən hər il milyon tonlarla su itkisinin nə üçün aradan qaldırılmadığından danışmır.

Texniki tərəqqinin inkişaf etdiyi indiki zamanda “Azərsu” əməkdaşlarının orta əsr metodları ilə iş görmələri insanda acı gülüş doğurur. Bir dəfə yox, dəfələrlə yazırsan, deyirsən, amma nə fayda.
Bura paytaxtın 2-ci Alatava qəsəbəsidir. Düz 6 ildir ki, şəkildə gördüyünüz bu kiçik diametli su turbası ildə azı iki dəfə deşilir. Ayyarım, bəzən iki ay tonlarla su axandan, sakinlərin bezdirici telefon zənglərindən sonra qəza yerinə gələn xidmət əməkdaşları insanların etirazlarına baxmayaraq, yerin səthində olan borunun deşilmiş yerinə çiv (taxta qırıntısı) vurub gedirlər. Onların gedişindən 10-15 gün sonra sakinlər yenə “fəvvarənin” ətrafına toplanır. Halbuki cəmi 3 metr uzunluğunda su xəttini təzələmək və onu torpağın altına salmaqla bu problemi həll etmək, izafi su itkisinin qarşısını azı 6-7 il almaq mümkündür. Hələ Qorxmaz əkənin rəhbərliyi vaxtı bir qrup qəsəbə sakini “Azərsu”ASC-yə rəsmi məktub göndərərək problemin həllinə yardımçı olmağı xahiş etmişdi. Hətta imkan daxilində özlərinin də yardım etməyə hazır olduqlarını bildirmişdilər. Fəqət, Q. Hüseynovdan səs çıxmadı, sonra da onun işdən çıxarıldığı xəbəri yayıldı.
Belə görünür ki, Cəmiyyətin yeni sədrinin adı Qorxmaz olmasa da, özü Qorxmazdan da qorxmazdır. Yoxsa ilin günün bu vaxtında, elə paytaxtın bəzi qəsəbə və kəndlərində əhali içməli suya həsrət qaldığı bir zamanda tonlarla suyun boşuna axıb getməsinə biganə qalmazdı.

Məlumat üçün deyək ki, artıq bu boruda “Çiv” vurmağa salamat yer qalmayıb. Çoxsaylı cərrahi əməliyyat keçirmiş xəstə kimi, boru dəlmə-deşikdir.
Birdə ki, adama gülərlər ey:” Əcnəbi seyrə balonlarla çıxır”, Marsda xiyar, pamidor becərir, bizsə hələ deşiyə “ÇİV” taxırıq.
Səma