İlqar Altay:"Bu ilki də edə bilən, Azərbaycanlı tanınmış şəxs Vahabzadə oldu"

İlqar Altay:
 

“Rusiya, MDB, ya Avropanın mediasına baxırsan, Jirinovski-Vahabzadə qarşıdurması barədə çox yazılır, deyilir, göstərilir. Nə baş verib ki, əslində? Cəmisi 10 gün əvvəl Rusiya Dumasının fraksiya sədri, qalmaqallı deputat Jirinovski Azərbaycan dövlətimizi və rəhbərliyini canlı yayımda, yersiz, gözlənilməz təhqir etdi. Və o dərəcədə ki, bizim Xarici İşlər Nazirliyi Rusiya dövlətinə nota verdi. Rusiya tərəfdən zənnimcə, cavab, izah gəlmədi”.

Paralel.az xəbər verir ki, bunu İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib. O, bildirib ki, bu halda istər-istəməz düşünür ki, bu təhqirə heç olmasa, ictimai formada cavab veriləydi:

“Birdən də, həmin gözlənilməz formada bunu türkçü-vətənçi xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, eks-diplomat səfir və professor İsfəndiyar Vahabzadə etdi. Özü də tam adekvat, Jirinovski meyarı səviyyəsində və bəlkə bir qədər da artıq. Vahabzadə də, eynən, onu və xalqını təhqir etdi. Rusiya və Azərbaycan dövləti hər iki təhqiri eyni qədər cavabsız buraxdı, məsuliyyəti tam olaraq, təhqirçilərin öz, cavabdehliyi üzərinə qoymaqla.

Bəs onda fərq nədədir? Yalnız bu hər iki təhqirə olan iki ölkə ictimaiyyəti tərəfdən münasibətdə. Belə ki, Rusiya ictimaiyyətinin tanınmış ictimai- siyasi insanları birmənalı olaraq, V. Jirinovskini qınamadı. Azərbaycan cəmiyyətinin isə, ictimai- siyasi insanları, hətta mediası görünən budur ki, Vahabzadəni qınayır. Özü də deputatlar, keçmiş məmurlar, məmurlara yaxın medialar. Hətta ağır təhqir formasında. Hətta, atası xalq şairini belə!

Bütün bu xorun içində də hakimiyyətyönlülərdir.

Bəs, cəmisi 10 gün əvvəl sənin dövlətinin, onun rəhbərinin ünvanına Jirinovski təhqirli yanaşma sərgilədi, XİN-in nota verməsi qədər, sən harada idin, niyə səsin çıxmırdı şığımırdın Jirinovskinin üzərinə? İtmişdin? Niyə, ona "mudak" demirdin? Xalqımızı "qoyun" adlandıranda, niyə dinmirdin?

Sonra araşdırıb görürsən ki, bunlar hələ savaşın qızğın, kimin qalib olacağı məlum olmayan vaxt rusun özü qalsın, sadəcə dilinin üstündə qırğına çıxan fürsətcillərdir. Hansı ki, zəfərsonrası, tam dəyişib, çıxışlarında antirus olub, gizləndilər. Və bu gün, Vahabzadə bunları yenidən qaşıdı, açdı. Azərbaycanın dövlətinin çörəyini yeyib və yediyi qaba da tüpürən soydaşlardır. Təəssüflər olsun.

Bu işin sonrası nə olacaq? Heç şey olmayacaq! Təlaşa ehtiyac yoxdur. Bu məsələnin hüquqi bir nəticəsi qəti görünmür, çünki təhqir qarşılıqlıdır. Rusiya dövləti üçün Jirinovski, heç nədir. Gözəl bilirlər ki, bu adam söyüb-söyülmə makinasıdır. Rusiya xalqının isə, ona "Jirik" ləqəbi qoymaqla zənn-zəhləsi gedir, bilirlər ki xalqa edilən təhqiri "Jirik" öz təhqirlərilə süni yaradır. Ötüb keçəcək.

Jirinovski kuloun roluna girib çox insanları, çox dövlət-ictimai xadimləri, ölkə-dövlətləri, xalqları və millətləri təhqir edirdi uzun müddət idi ki. Bu təhqirlərinə tutarlı cavab verə bilən şəxs yox idi. Nə Rusiya içindən, nə də xaricdən. Axır ki, onun özünün belə gözləmədiyi, onu şoka, cəmiyyətini məəttəl salan, ağır, adekvat təhqirli cavab gəldi!

Bu ilki də edə bilən, Azərbaycanlı tanınmış şəxs Vahabzadə oldu. Ağzının üstündən şapalaq ilə! Eybi yox. Qoy bir az da Azərbaycanı bu tərəfdən tanısınlar, müharibə tərəfdən tanıdıqları kimi bir bilsinlər ki, bu xalq öz mənliyini hər cür qoruyur. Rusun hərbi xofu kimi təhqir xofu da sərt qırıldı.

İspəndiyar Vahabzadə kimdir, mövqeyi bacarıq bilgisi necədir? Doğrudur, nə diplomat, nə də ki, siyasətçi olaraq diqqətimi elə də çox çəkməyib. Hərgah ki, özü ilə 1993-dən tanışam, rəhmətlik Ziya Bünyadova qonşuluqdakı mənzili ilə bağlı narazılığımız da olub. Amma fikrimcə istənilən halda, onu müdafiə etməliyik. Çünki, onunla bu Jirinovski arasında münaqişə şəxsi deyil, xalq, dövlət aidiyyətli qarşılıqlı təhqirli həmlələrdir və bu məsələdə, Vahabzadə haqlıdır. Çünki, təhqir təhqir yaradır, o susa da bilərdi, lakin susmayıb”.

 

0.072955846786499