İranın Dövlət gömrük xidmətinin məlumatı
Paralel.az xəbər verir ki, İran Əfqanıstanla sərhəddə yerləşən gömrük keçidlərinin bir qisminin açıq olduğunu və faəliyyəti davam etdirdiyini bildirib.
Bu barədə İranın Dövlət gömrük xidmətindən məlumat verilib.(İSNA)
Məlumata görə, hazırda İranın Xorasan-Rəzəvi və Xorasan Cənubi əyalətlərinin Əfqanıstanla sərhədində yerləşən Duğarun və Mahi-Rud sərhəd gömrük keçidləri fəaliyyətini davam etdirir. Baxmayaraq ki, bu keçidlər bir neçə günlüyə Əfqanıstan tərəfdə olan qarşıdurmaya görə dayanmışdı, lakin yenidən fəaliyyətini bərpa edib. Lakin hazırda İranın Sistan-Bəluçistan əyaləti ilə Əfqanıstan sərhədində yerləşən Milak sərhəd gömrük keçidinin gərgin vəziyyətə görə bağlı saxlanıldığı bildirilib. İran tərəfi əlavə edib ki, bu sərhəd gömrük keçidinin açılması üçün Taliban tərəfindən tələblər olub, lakin İran tərəfi qarşıdurmaların və gərginliyin bitməsini istəyib.
Züleyxa