Ermənistan ümidini Minsk Qrupuna bağlayıb
Paralel.az xəbər verir ki, avqustun 20-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla qondarma rejimin xarici işlər naziri David Babayan arasında telefon danışığı olub. Erməni mətbuatına görə, hər iki nazir “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində nizamlanması prosesinin bərpa olunmasını, hərtərəfli və uzunmüddətli nizamlanmanın vacibliyini” vurğulayıb. Xəbərdə deyilir ki, həmsöhbətlər “Azərbaycan-Türkiyə təcavüzünün yaratdığı vəziyyəti” və “Artsaxdakı humanitar böhranın həlli üçün” səyləri müzakirə ediblər. Mətbuat iddia edib ki, Azərbaycan silahlı qüvvələrinin “Ermənistan və Artsax sərhədlərində regional
sülhə və sabitliyə ciddi təhlükə yaradan təxribatçı hərəkətləri yolverilməzdir”.
Nigar