M. Zaxarovanın cızdıqı portretin iç üzü

M. Zaxarovanın cızdıqı portretin iç üzü
 

"Cənubi Qafqazdakı vəziyyət Rusiyanın diqqətindədir"

Paralel.az bildirir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Qarabağla bağlı 10 noyabr üçtərəfli bəyanatını prioritet adlandırıb: "Cənubi Qafqazdakı vəziyyət Rusiyanın diqqətindədir. Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Rusiya Azərbaycan və Ermənistanın münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır".

XİN sözçüsünün fikrincə, Ermənistan və Azərbaycan humanitar meydanda qarşılıqlı qıcıqlandırıcı addımlara son qoymalı, bütün hərbi əsirləri dəyişdirməli və mina xəritəsini tam olaraq verməlidirlər.

Aydın görünür ki, Rusiya bu bəyanatda qeyri-səmimidir və bu bəyanat rəsmi Moskvanın real mövqeini pərədələmək üçün verilib. Rusiya yalnız bu bəyanatı birinci gümləsində səmimidir - "Cənubi Qafqazdakı vəziyyət Rusiyanın diqqətindədir". Əgər Rusiya üçün üçtərəfli bəyannamənin icrası prioritet təşkil edirsə, onda nə üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir?

Məsələn, sənədin dördüncü bəndinə əsasən rus sülhməramlıları bölgəyə yerləşdikdən dərhal sonra erməni silahlıları ya ərazidən çıxarılmalı, ya da, onlar yerli sakinlərdirsə, silahları əlindən alınmalı idi. Bu prosidurun həyata keçirilməsi həm beynəlxalq hüquqa baxımından sülhməramlıların missiyasıdır, həm də üçtərəfli bəyanata görə Rusiyanın üzərinə götürdüyü öhdəliyidir. Lakin Rusiya öz öhdəliklərini yerinə yetirmir, belədə isə özünü sabitliyini qarantı kimi təqdim edərək, tərəfləri üçtərəfli bəyanatdan doğan öhtəlikləri yerinə yetirməyə çağırır. Xəritə və hərbi əsir məsələsi də məhz Rusiyanın qurduğu kobinasiyalardan biridir. Bəyannamə imzalandıqdan sonra rus sülhməramlıları öz məsuliyyət zonasından erməni silahlılarını Azərbaycana hücum etməlyə imkan verməməli idi. Lakin bu baş verdi və Azərbaycan hərbiçiləri də onları terrorçu qismində saxlayaraq Azərbaycan hökumətinə təhvil verdi. Bu şəraitin yaranmasına, yumşaq desək, Rusiya imkan verdi. Halbuki erməni silahlıları həmin vaxt (27 noyabır 2020-ci ildə) ruhdan düşmüş, məğlubiyyətin mənəvi-psixoloji sarsıntılarını yaşayırdı. Onların döyüş ruhu həmin vaxt sfra bərabər idi. Yalnız rus əsgərlərinin təhriki ilə onlar bu hücumu təşkil edə bilərdi.

Aydın görünür ki, mina xəritələri məsələsini də ermənilərə ruslar diqtə edir. Əks təqdirdə real mina xəritəsi əvəzində valideyinləri hər gün İrəvanda mitinq edən hərbi cinayətkarların azad edilməsinə Ermənistan hökuməti dərhal razılaşardı.

Zəngəzur dəhlizinin açılmasının düyünə düşməsi də birbaşa Rusiyanın maraq dairəsinə düşür. Rusiya bu öhdəliyin yerinə yetrilməsinə görə Azərbaycandan daha nalarisə qoparmağa çalışır. Çox təəssüflər olsun ki, Rusiyanın  zərbaycandan daha nələri qoparmaq istədiyini Azərbaycan hökuməti açıq şəkildə cəmiyyətə təqdim etmir.

Akif Nəsirli

0.021543025970459