Ermənistan hökuməti 44 günlük müharibədən “nəticə” çıxarmaq istəyir

Ermənistan hökuməti 44 günlük müharibədən “nəticə” çıxarmaq istəyir
 

Paralel.az xəbər verir ki, Ermənistan Baş Qərargahının tərkibində pilotsuz uçuş aparatları idarəsi yaradılacaq. Erməni mətbuatı belə bir qərarın hökumət tərəfindən qəbul edildiyini açıqlayb. Xəbərə görə, yeni şöbə aviasiya departamentinin bölünməsi nəticəsində yaradılacaq. Xəbərdə deyilir: “Hərbi texnikanın inkişafı, habelə 2020-ci ildəki döyüşlərin gedişi göstərdi ki, pilotsuz uçan aparat sistemlərinin inkişafına və onlara nəzarət prosesinə daha çox diqqət yetirilməlidir”. Məlumata görə, silahlı qüvvələrdə struktur dəyişiklikləri ilə bağlı başqa bir qərar da hökumətin yazılı səsverməsi ilə təsdiq edilib. Orada xüsusən də bölmələrin ləğv edilməsi və komandirlərin ixtisar edilməsi nəzərdə tutulur. Hökumət gizli və publikaya

açıqlanması qadağan edilən daha iki layihəni də təsdiqləyib.

Nigar

0.015435934066772