“Azərbaycan zabitinə müraciət etmək daha asandır” - VİDEO
Ermənistanın dövlət aparatının iflic vəziyyətə düşməsi, orduda hökm sürən xaos nə hökumətin, nə də Müdafiə Nazirliyinin müharibədə itkin düşənlərin sayını dəqiq şəkildə açıqlaya bilməməsi ölkədə sosial gərginliyi getdikcə artırır.
Paralel.az xəbər verir ki, bu barədə “Caliber”in növbəti təhlilində qeyd olunur.
Videoda vurğulanır ki, erməni valideynlər övladlarının taleyi barədə rəsmi dairələrə müraciətlər etsələr də, heç bir nəticə əldə edə bilməyiblər. Hətta Ermənistan Müdafiə Nazirliyinin qarşısında etiraza toplaşan erməni valideynlərdən biri hazırda Azərbaycan zabitlərinə yaxınlaşmağın hansısa məmurun qəbuluna düşməkdən daha asan olduğunu bildirib.
“Caliber” qeyd edir ki, Ermənistanda hələ də çox sayda hərbçinin cəsədləri soyuducularda saxlanılır və müharibədəki itkilərin real sayının şok effekti yaratmaması üçün əsl rəqəmlər gizlədilir.
Ətraflı videoda: