Niyə məhz Soçidə?
Paralel.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinin Rusiya Federasiyasının Soçi şəhərində tətilə gedəcəyi bildirilir.
Ermənistan KİV-inə verilən məluma görə, hökumət başçısı ailəsi ilə birlikdə avqustun 26-da ora gedəcək.
Niyə məhz Soçidə? Paşinyan Rusiya rəhbərliyinə Rusiyaya xüsusi münasibətini göstərmək məqsədini güdür və bu addımın müqabilində daha isti münasibətlərə ümid edir?
Qeyd edək ki, avqustun 24-də hökumət yeni proqramını parlamentə təqdim etməlidir. Bəlkə də baş nazir tətilə getməyi üstün tutaraq parlamentdə belə görünməyəcək.
Züleyxa