Erməni hərbçilərinin yerini rusiyalı sülhməramlılar tutub
Paralel.az xəbər verir ki, dünəndən erməni hərbçilərin yerini rusiyalı sülhməramlılar tutub.
Bu barədə Qarabağdakı separatçılar məlumat veriblər. Bildirilib ki, rusiyalı sülhməramlıların gəlişi ilə Sarıbabada yaşayan erməni sakinlərin təhlükəsizliyi üst səviyyədə təmin olunub.
Erməni separatçılarının verdiyi digər məlumata görə, hazırda Şuşa rayonunun dörd kəndi ermənilərin nəzarətindədir. Bunların Böyük Qaladərəsi (ermənilər Mets Şen deyirlər), Kiçik Qaladərəsi (ermənilər Xin Şen deyirlər), Sarıbaba (ermənilər Yextsaoq deyirlər) və Turşsu (ermənilər Lisaqor dyirlər) olduğu bildirilir.