Dənizdə naviqasiya ilə bağlı xəbərdarlıq narahatlığa səbəb olub

Dənizdə naviqasiya ilə bağlı xəbərdarlıq narahatlığa səbəb olub
 

Paralel.az xəbər verir ki, Şimali Koreya bu həftənin əvvəlində özünün şərq sahillərindəki bir bölgədə gəmilərin daxil olmasına qadağa qoyub. Cənubi Koreyadan gələn məlumatlara görə bunun məqsədinin Şimali Koreyanın raketdən atmağı və ya başqa silahları sınaqdan keçirməyi nəzərdə tutduğu güman edilir, lakin hələ ki, orada heç bir sınaq həyata keçirilməyib.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi adının açıqlanmasını istəməyən hərbi mənbəyə istinadən bildirib ki, Şimali Koreyanın şərq sahillərindəki dənizin şimal-şərq bölgəsi barədəki xəbərdarlıq bazar günündən bazar ertəsinə qədərki müddət üçün nəzərdə tutulmuşdu.

"Belə bir xəbərdarlıq ümumiyyətlə raket buraxılışı və ya digər silah sınaqlarının keçirilməsi ərəfəsində gəmiləri həmin yerlərdən uzaq tutmaq məqsədi daşıyır" - deyə, xəbər agentliyi bildirib.

Məlumatda deyilib ki, "Seulun Baş Qərargah rəsmiləri bu müddət ərzində həmin ərazidə heç bir ballistik raket və ya artelleriya atəşi olmadığını bildirib".

Cənubi Koreyanın Joongang Ilbo qəzeti də Şimali Koreyanın gəmilərə xəbərdarlıq verdiyini və Pxenyanın bazar günü raket buraxmağa cəhd göstərə biləcəyini bildirsə də, bununla bağlı heç bir əlavə detal təqdim etməyib.

Amerikanın Səsi heç bir xəbərdarlıq və ya mümkün sınaq cəhdini təsdiq edən məlumat almayıb. Cənubi Koreya Milli Müdafiə Nazirliyinin sözçüsü Amerikanın Səsinə Şimali Koreyanın yay hərbi təlimləri keçirdiyi barədə yazılı açıqlama verib. "Cənubi Koreya və ABŞ kəşfiyyatı vəziyyəti yaxından izləyir"- deyə, açıqlamada bildirilib.

Röyal

0.014825820922852