Kreslo hərisliyi necə yaranır

Kreslo hərisliyi necə yaranır
 
Atalar sözləri müəyyən zaman və məkan daxilində yarandığından, bəzən bu günümüzlə səsləşməyə də bilir. Amma bir çox hallarda min illər əvvəl yaransa da, elə bil bu günümüz üçün deyilib. Dünən axşamçağ sosial şəbəkələrdən birində gözümə bir hind atalar sözü dəydi-»əgər biriləri kreslodan qalxmağa sıxıntı çəkirsə, demək ki, altını batırıb». Bu atalar sözünü oxuduğum zaman nədənsə, ilk növbədə neçə illərdir öz kreslolarından qalxa bilməyən Azərbaycan məmurlarını və «Qafqaz əsiri» filmindəki bir epizodu (Saakovun məhkəmədə otura bilməməsi) xatırladım. Hesab edirəm ki, buradakı «altını batırıb» ifadəsi heç də birbaşa həmin mənanı ifadə etmir. Bu, həm də o deməkdir ki, məmurlar kresloda oturduqları zaman vəzifələrindən sui-istifadə edərək o dərəcədə rüşvət, korrupsiya bataqlığına girərək çamura bulaşırlar ki, kreslodan qalxdıqları halda, onları heç də xoş güzaran  gözləmir, Azərbaycanda isə tam əks prosesi müşahidə edirik. Çünki, kreslonu itirdiyi halda, ondan törətdiyi bütün əməllərinə görə cəza almasa da«hesabat» istəniləcək. Bu baxımdan kreslo Azərbaycan məmurunun həm də «qoruyucu mələyidir». Məmuru bu zibilə salan ən əsas amil isə kreslonun ona verdiyi səlahiyyət və nəfsinin sərhəd bilməməsidir. Hazırda Azərbaycan cəmiyyətində belə bir
 
fikir formalaşıb ki, kimin hansı kresloda oturması şərt deyil. Nə qədər ki, məmur öz nəfsinə hakim ola bilməyəcək, nə kreslodan qalxa biləcək, nə də zibildən təmizlənəcək. Kreslodan istədiyi vaxt qalxa bilmək üçün isə nəfsinə hakim olmaq, riyakarlıqdan, yalandan, yaltaqlıqdan əl çəkmək lazımdır. Bacaracaqsınızmı, ey kreslo xəstələri? 
 
Yusif Seyid
0.048758029937744